Tıxacı UNUDAQ? – Sumqayıt üçün elektrobus layihəsi hazırlanır

Tıxacı UNUDAQ? – Sumqayıt üçün elektrobus layihəsi hazırlanır

Hazırda oxunan: Tıxacı UNUDAQ? – Sumqayıt üçün elektrobus layihəsi hazırlanır

101200

“Bakıyla Sumqayıt arasında elektrobusların işləməsi hazırda müzakirə olunur. Bununla bağlı daşıyıcı şirkətlərdən biri hökümətə təklif verib. Bu ölkəmizin ən böyük daşıyıcı şirkətlərindən biridir. Bildiyim qədər də təklif hökümət tərəfindən də maraqla qarşılanıb. Atrıq layihənin detalları müzakirə olunur”.

Bunu Bizim.Media-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı söyləyib.

O. əlavə edib ki, əslində yol şəraiti ilə bağlı vəziyyət də qənaətbəxşdir:

“Nəzərə almaq lazımdır ki, bu elektrobuslar çox bahadır. Üstəlik, bu nəqliyyatın intensiv işləməsi üçün xüsusi yol zolaqları yaradılmalıdır. Məsələ ilə bağlı hökümətin də mövqeyi müsbətdir. Daşıma ilə bağlı müəyyən qiymət formalaşdırılacaq. Ola bilsin ki, bir hissəsin dövlət subsidiya şəklində ödəsin. Qalanı da gediş haqqından formalaşsın. Layihə həm ekoloji, həm turizm, həm də sosial-iqtisadi baxımdan çox perspektivli layihədir.
 

Məsələyə müsbət rəy verilsə, həm əhalinin rahat gedişi təmin olunar, həm tıxacların coğrafiyası kiçilər, həm də sosial narazılıq aradan qalxar. Ümid edirik ki, ilin sonunadək məsələ ilə bağlı müsbət qərar veriləcək”.


P.S. Mən “Tarixi-Nadir” kitabını yarıya kimi olmasa da 25% oxumuşam, amma bu layihənin indi boğulduğumuz tıxac probleminə nə dəxli olduğunu anlaya bilmədim. Güman edək ki, bu da işin xeyrinə olacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO