Ağdamda anasını bıçaqlayan tələbə məhkəmə qarşısına çıxarılır

Ağdamda anasını bıçaqlayan tələbə məhkəmə qarşısına çıxarılır

Hazırda oxunan: Ağdamda anasını bıçaqlayan tələbə məhkəmə qarşısına çıxarılır

101177

Ağdam rayonunda anasını bıçaqlamaqda ittiham olunan 2000-ci il təvəllüdlü Eltun Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə prosesi başlaynacaq. İttihama görə, Eltun Kərimov anası, 1977-ci il təvəllüdlü Elnurə Kərimovanı bıçaqlayıb. Hadisə bu ilin iyulun 8-də baş verib. 

Elnurə Kərimova Ağdamda xəstəxanaların birində tibb bacısı kimi çalışıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Gəncə Dövlət Universitetinin tələbəsi olub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO