Afrikanın bu ölkəsinin prezidenti Putindən kömək istəyib

Afrikanın bu ölkəsinin prezidenti Putindən kömək istəyib

Hazırda oxunan: Afrikanın bu ölkəsinin prezidenti Putindən kömək istəyib

101135

Qvineya-Bisau respublikasının prezidenti Umar Sisoko Embalo Rusiya lideri Vladimir Putindən kömək istəyib.  

Bizim.media Rusiyanın "TASS" agentliyinə istinadən xəbər verir ki, Afrika ölkəsinin lideri Moskvada V.Putinlə keçirilən görüşündə onların Rusiyanın fereqat və hərbi vertolyatlarına ehtiyaclarının olduğunu bildirib.  

Qvineya-Bisaunun dövlət başçısı U.S.Embalo hərbi texnikaları güzəştli şərtlərlə almaq istədiklərini açıqlayıb:

"Biz hərbi arsenalımızı Rusiya istehsalı olan silah və texnikalarla zənginləşdirməyi arzulayırıq. Ümid edirəm ki, Rusiya bizə arzuladığımız hərbi texnikaları verə bilər. Daha sonra isə biz ödənişi necə həyata keçirəcəyimizi müəyyənləşdirərik".  
V.Putin U.S.Embalonun bu istəyinin Rusiya hökumətində müzakirə olunacağını və qarşıdakı vaxtlarda Qvineya-Bisau dövlətinə bu barədə məlumat verəcəklərini bildirib.  

Murad Elvira, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO