Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Samur gömrük-keçid məntəqəsində növbə gözləyən yük avtomobillərinin sayı 2100-ü keçib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan tərəfdə keçidlə bağlı hər hansı problem yoxdur, problem qonşu ölkənin gömrük postunda yaşanır.
Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Yaraq Qazmalar postunda bütün yük avtomobillərinə ciddi baxış keçirilir.
Nəqliyyat vasitələri rentgenə salınır, yüklər yoxlanılır.
Rusiya tərəfinin bu sərt yoxlanışa Krımda baş verən son hadisəyə görə əl atdığı bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu