Ermənistan mətbuatındakı müharibə istəklərinin pərdə arxası MƏQAMLARI

Ermənistan mətbuatındakı müharibə istəklərinin pərdə arxası MƏQAMLARI

Hazırda oxunan: Ermənistan mətbuatındakı müharibə istəklərinin pərdə arxası MƏQAMLARI

10104

Erməni hərbi eksperti Van Ambartsumyan “Sputnik Armenia” saytına verdiyi açıqlamada Qarabağda yeni müharibənin qaçınılmaz olduğunu bildirib. 

Onun sözlərinə görə, müharibə qaçılmazdır, çünki hamı Qarabağ münaqişəsinin hələ də həll olunmadığını başa düşür.

Ancaq əvvəlcə erməni qüvvələrinin hərbi əməliyyatlar aparmaq strategiyasını dəyişdirməsi lazımdır, deyə hərbi ekspert əlavə edib.

Son dövrlərdə Ermənistan mətbuatında bu istiqamətdə xəbərlərin çoxluğu xüsusilə diqqət cəlb edir. Ermənistan hakimiyyəti 10 noyabrda imzalanmış sülh sənədi ilə bağlı öhdəlikləri yerinə yetirməyə çalışsa da, erməni mətbuatında eyni tendensiya hiss olunmur.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərdən ruslara TƏLƏB: “Bu verilişlər yayımlanmamalıdır”


Əksinə Ermənistan xəbər saytları və media platformaları Qarabağın tam itirilmədiyini, yeni müharibəyə başlamağa ehtiyac olduğunu bildirir.

Müharibədə məğlub olmuş Ermənistanda günahkar axtarışları bu gün də davam edir. İlk gün olduğu kimi yenə də müharibənin məsuliyyəti baş nazir Nikol Paşinyan və “Mənim addımım” fraksiyasının üzərinə atılır. Lakin keçən aylar ərzində günahkar axtarışlarının miqyası daha da genişlənib.

Artıq qondarma rejimin rəhbəri Araik Arutyunyan da Ermənistan ordusunun məqsədli şəkildə məğlubiyyətə düçar edilməsində ittiham olunanlar arasındadır. 

Bu cür ittihamlar təkcə müxalif media orqanları tərəfindən yox, həm də keçmiş dövlət məmurları, səfirlər və eks-prezidentlər səviyyəsində dilə gətirilir. Son həftə ərzində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın verdiyi müsahibə zamanı Qarabağ məğlubiyyətinə toxunması, Paşinyan hakimiyyətini bacarıqsızlıqda ittiham etməsi də məhz bunun göstəricisidir.
 

Xüsusilə Sünik bölgəsində sərhədlərin delimitasiyası zamanı yaşanan gərginlik məsələsi ilə bağlı daha bir nümunə ola bilər. Həmin vaxtlar Ermənistan mətbuatı Azərbaycanın erməni kəndlərini işğal etməyə başladıqlarını tirajlayırdı.


Hərbi ekspertlər hər gün Azərbaycanın növbəti hədəfinin Mehri rayonu olacağı ilə bağlı açıqlamalara yer verirdi.

Görünən odur ki, Ermənistan ictimai rəyi həm məğlubiyyəti həzm edə bilmir, həm də siravi xalq övladlarının daha Qarabağ uğrunda qurban verilməsini istəmir. Onların Ermənistan hökumətindən tək tələbləri itkin övladlarının geri qaytarılması və əsir hərbçilərin azad edilməsini təmin etməkdir. 

Ermənistanın 30 ilə yaxındır davam edən “qalib ölkə” obrazının bir anda sabun köpüyü kimi dağılması bəzi dairələri təbii olaraq narahat etməli idi. Müharibədəki məğlubiyyət və Qarabağın Azərbaycana verilməsi düşüncəsi Ermənistan daxilində daha böyük böhrana, özü də “ideoloji” böhrana səbəb olduğu açıqdır.

Məhz bu böhrandan xilas olmaq üçün gündəmi davamlı olaraq “yeni müharibə” abu-havası ilə qidalandırmağa ehtiyac var. Ermənistan mediası bu gün məhz bunu icra edir.

Çünki Qarabağ problemi erməni xalqının birliyini təmin edən əsas təməl idi. Hər tərəfdən türklərlə əhatələnmiş Ermənistan davamlı olaraq təhlükədə yaşamağa vərdiş edib. Bu günə qədərki Ermənistan siyasi sistemin əsasları da məhz bu amil üzərində qurulub. İndi isə münaqişənin ortadan qalxması ehtimalı, təbii olaraq erməni xalqının birliyini təmin edən təhlükə amilini sıradan çıxarır.

Artıq Qarabağ yoxdur, status yoxdur, Azərbaycandan alınan hər kənd geri qaytarılır, uğrunda mübarizə aparılmalı bir şey qalmayıb, bəs keçən 30 il? Artıq erməniləri hansı amal uğrunda birləşdirmək mümkündür? Bu sual Ermənistandakı bəzi maraq qruplarını daha çox qorxudur.
 

Məhz bu ideoloji boşluğun yaranacağı təhlükəsi Ermənistan mətbuatının davamlı olaraq müharibə abu-havasına köklənməyə yönəldir.


Görünən odur ki, Qarabağ münaqişəsi ermənilər üçün bitməyib. Çünki 30 ildir Ermənistanın mövcudluq problemi məhz Qarabağ üzərində qurulmuşdu.

Ermənistan mediası erməni xalqını birləşdirməyi bacaran yeni bir ideya tapılana qədər müharibə ritorikasından çıxmayacağı aydındır. Bu amil isə regionda sülhün və sabitliyin təmin olunması üçün əsas əngəllərdən biri olaraq qalır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO