Sumqayıt şəhərində bacısını öldürməyə cəhd etməkdə ittiham olunan Kifayət Nurməmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırıması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Sumqayıt şəhər sakini, 62 yaşlı Kifayət Nurməmmədova ilə bacısı 48 yaşlı Aygün Nurməmmədova arasında ailədaxili münaqişə yaranıb. Münaqişə sonda qanla nəticələnib. Kifayət Nurməmmədova bacısını başından bıçaqlayıb.
Aygün Nurməmmədova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Kifayət Nurməmmədova saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 25.10.2022
Sumqayıtda bacısını öldürməyə cəhd edən qadın MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Sumqayıtda bacısını öldürməyə cəhd edən qadın MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Sumqayıtda bacısını öldürməyə cəhd edən qadın MƏHKƏMƏ QARŞISINDA
100982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.