PSJ Messiyə yeni müqavilə təklif edir

PSJ Messiyə yeni müqavilə təklif edir

Hazırda oxunan: PSJ Messiyə yeni müqavilə təklif edir

100971

“Paris Saint-Germain” (PSJ)  klubu argentinalı hücumçu Lionel Messiyə yeni müqavilə təklif edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Mənbənin sözlərinə görə, komanda Messi ilə müqaviləni daha bir il uzadacaq. 

PSJ hazırda potensial müqavilənin maliyyə aspekti üzərində işləyir. Qeyd olunur ki, Messi müqavilənin uzadılmasının əleyhinə deyil.

Daha əvvəl Messi “Barselona” klubuna qayıtmaq üçün şərt qoyub. Futbolçu Kataloniya komandasına əsas heyətdə yer zəmanəti ilə qayıtmaq istəyir. Hücumçunun qayıtması üçün bəzi oyunçuların və menecerlərin klubu tərk etmələri də tələb olunub.
Messi PSJ-yə 2021-ci ilin avqustunda pulsuz transferlə keçib. Onun Fransa komandası ilə müqaviləsi 2023-cü ilə qədərdir. Keçən mövsüm o, karyerası boyu “Barselona” xaricində debüt edib. Kataloniya yığmasının heyətində hücumçu on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO