Son Dəqiqə! Ukrayna Ordusu rus əsgərlərə ÇAĞIRIŞ ETDİ - VİDEO 

Son Dəqiqə! Ukrayna Ordusu rus əsgərlərə ÇAĞIRIŞ ETDİ - VİDEO 

Hazırda oxunan: Son Dəqiqə! Ukrayna Ordusu rus əsgərlərə ÇAĞIRIŞ ETDİ - VİDEO 

100944

Ukrayna hərbçiləri rusiyalı əsgərlərə təcili videomüraciət ünvanlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat verib. 

“Siz yad ölkənin ərazisindəsiniz və Rusiya rəhbərliyinin hərbi cinayətlərində iştirak edirsiniz. Hər gün sizi qırğına atırlar. Komandanlığınız üçün siz boşuna sərf olunan materialsınız. Heç kim sizdən olan itkiləri saymır”, - deyə müraciətdə bildirilib. 

Ukraynalı hərbiçilə rusiyalı əsgərlərə nə üçün döyüşdükləri barədə düşünməyi məsləhət görüblər:

“Liderlərinizin hakimiyyəti itirmək qorxusuna görə? Sizdən və ailələrinizdən oğurlanan pullar üzərində qurduqları həyat tərzinə görə? Onların axmaqlıqlarına və bacarıqsızlığına görə?”  

Müraciətdə eyni zamanda bildirilib ki, Ukrayna heç vaxt Rusiyanı təhdid etməyib. 

“Bu gün siz NATO-ya qarşı mübarizə aparmırsınız, Kreml təbliğatçıları nə qədər bu barədə danışsalar da, belə deyil. Siz Ukraynaya qarşı, Ukrayna xalqına qarşı vuruşursunuz. Ukrayna Silahlı Qüvvələri isə öz xalqın; və ölkəsini sizin təcavüzünüzdən qoruyur. Biz öz evlərimizi və ailələrimizi sona qədər müdafiə etməyə hazırıq. Siz də öz ailələriniz barədə düşünün”, - deyə Ukrayna Silahlı Qüvvələri çağırış edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO