Rusiya Azərbaycandan gedən yük avtomobillərini ölkəyə buraxmır – 2 mindən çox avtomobil GÖMRÜKDƏ QALIB – FOTO/VİDEO 

Rusiya Azərbaycandan gedən yük avtomobillərini ölkəyə buraxmır – 2 mindən çox avtomobil GÖMRÜKDƏ QALIB – FOTO/VİDEO 

Hazırda oxunan: Rusiya Azərbaycandan gedən yük avtomobillərini ölkəyə buraxmır – 2 mindən çox avtomobil GÖMRÜKDƏ QALIB – FOTO/VİDEO 

100940

Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, gömrük keçid məntəqəsində 2000-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir. 

“Samur” gömrük postundan  verilən məlumata görə, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. 

Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir. 
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO