Çempionlar Liqasının qalibi Riberi karyerasını başa vurdu

Çempionlar Liqasının qalibi Riberi karyerasını başa vurdu

Hazırda oxunan: Çempionlar Liqasının qalibi Riberi karyerasını başa vurdu

100904

"Bavariya" ilə Çempionlar Liqasının qalibi, Fransa millisinin yarımmüdafiəçisi Frank Riberi karyerasını başa vurub.

Bizim.Media xəbər verir ki, bu barədə idmançı İnstagram-da bildirib.

“Top dayanır, amma mənim hisslərim, yox. Bu gözəl macəra üçün hamınıza təşəkkür edirəm”, - oyunçu dörd fərqli dildə (alman, fransız, ingilis və italyan) yazıb.

39 yaşlı Riberi 2022/2023 mövsümünə İtaliyanın “Salernitana” komandasının tərkibində başlayıb. Cinah oyunçusu 9 dəfə Almaniya çempionluğunu, 2012/2013 mövsümündə Çempionlar Liqasını, həmçinin 2013-cü ildə Klublararası Dünya Çempionatını və UEFA Superkubokunu qazandığı "Bavariya"dakı çıxışı ilə tanınır. Bundan başqa, Riberi Fransa millisində çıxış edib və 2006-cı il dünya çempionatının gümüş medalını qazanıb.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO