“Dədə” Süleyman Füzulidəki evini Nanəyə vəsiyyət etdi

“Dədə” Süleyman Füzulidəki evini Nanəyə vəsiyyət etdi

Hazırda oxunan: “Dədə” Süleyman Füzulidəki evini Nanəyə vəsiyyət etdi

100891

Ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, xanəndənin qızı Yenicag.az-a açıqlamasında atasının vəsiyyəti ilə bağlı bunları dilə gətirib.  

“Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiniz. Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət, qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm.  
İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri Xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz. Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO