Dağılmış Ağdam “National Geographic”da - FOTOLAR

Dağılmış Ağdam “National Geographic”da - FOTOLAR

Hazırda oxunan: Dağılmış Ağdam “National Geographic”da - FOTOLAR

10089

Dünyaca məşhur “National Geographic” saytının  151 milyon izləyicisi olan “Natgeo” adlı rəsmi “İnstagram” hesabında illər sonra erməni  işğalından azad olunan Ağdam şəhərinin  fotoları yayımlanıb.

Paylaşımdan 24 saat belə keçmədən  113 min bəyənmə və 1500 rəy toplayan bu fotolar azərbaycanlılarla yanaşı yüzlərlə xarici izləyicilərin də diqqətini çəkib.

Fotolar İstanbulda yaşayan və əsasən ətraf mühit, müharibədən sonrakı cəmiyyət, neft sənayesinin insanlar üzərindəki təsiri və sosial bərabərsizlik mövzularına yönəlmiş azərbaycanlı  fotoqraf Rəna Əfəndi tərəfindən çəkilib.

Erməni cəmiyyətinin əsl simasını dünyaya çatdıran bu postun altında aşağıda qeyd edilən mətn yerləşdirilib:

“Bir zamanlar təxminən  40.000 insanın məskunlaşdığı və bu yaxınlarda geri alınan Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən edilən otuz illik işğaldan sonra xaraba vəziyyətdədir.

Şəhərdə yalnız əsas məscid toxunulmaz olaraq qalıb; Sovet İttifaqının dağılmasından sonra, 1993-cü ildə Ermənistan və Azərbaycan arasında yaranan Dağlıq Qarabağ münaqişəsi zamanı yaşananlardan sonra şəhərdən geriyə dağılmış binalar və talanaraq xarabalığa çevrilən evlər qalıb.

Vəhşicəsinə aparılan və uzun sürən müharibə hər iki tərəfdən bir milyondan çox insanı didərgin salıb. Ən son hərbi əməliyyatlar sentyabr ayında 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi ilə sona çatdı.

Nəticə olaraq isə 1990-ci illərdən başlayan müharibə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsinə göndərilməsi və Azərbaycan ərazilərinin əksəriyyətinin geri alınması ilə başa çatdı”.

Səmra Xəlilbəyli, Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO