Bakıda azyaşlıya qarşı quldurluq etməkdə təqsirləndirilən Pərvin Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Pərvin Bünyatovun 9 il müddətinə azadlıqdan mərhum edilməsi istənilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi təklif olunub.
Növbəti proses oktyabrın 25-də davam edəcək.
İttihama görə, hadisə bu il mayın 17-də baş verib. Bünyatov Pərvin Türbət oğlu paytaxtın Q.Nəbi küçəsi ev 2 ünvanının qarşısından keçərkən mobil telefonla danışaraq həmin binanın 3-cü blokuna daxil olan azyaşlı Ümid Quliyev (ad və soyad şərtidir) arxasınca bloka daxil olub və ondan danışmaq bəhanəsi ilə telefonu alıb.
Mobil telefonun kilidli olduğunu görüb, azyaşlıya bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib.
Telefonun kilidini öyrənərək hadisə yerindən qaçıb. Bununla da Ümid Quliyevə 200 manat dəyərində ziyan vurmaqla quldurluq edib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham elan olunub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:30 / 24.10.2022
Prokuror azyaşlıya quldurluq edən şəxsə cəza istədi
Hazırda oxunan: Prokuror azyaşlıya quldurluq edən şəxsə cəza istədi
Hazırda oxunan: Prokuror azyaşlıya quldurluq edən şəxsə cəza istədi
100841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.