“Sabah”dan ikiqat yubiley

“Sabah”dan ikiqat yubiley

Hazırda oxunan: “Sabah”dan ikiqat yubiley

100830

Misli Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə oyundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub. 

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb. Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb. 

Öz meydanında 20 dəfə üç xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb. 

Qeyd edək ki, “Sabah” həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib – 1:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO