Ərdoğan: “İmperialist güclər bizə əngəl ola bilməyəcək”

Ərdoğan: “İmperialist güclər bizə əngəl ola bilməyəcək”

Hazırda oxunan: Ərdoğan: “İmperialist güclər bizə əngəl ola bilməyəcək”

100746

“Ölkəmizi sabitlik adasına çevirmək üçün səylə çalışırıq. Bunu reallaşdırmağımıza olmaq istəyən terror təşkilatları və onların arxasında duran imperialist güclər bu işlərə əngəl ola bilməyəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) oktyabrın 23-də Diyarbəkirdə təşkil edilən toplantıısnda çıxışı zamanı ifadə edib.

Gündəlikdə duran ictimai-siyasi və iqtisadi məsələlərilə bağlı fikirlərini vətəndaşlarla bölüşən Ərdoğan Diyarbəkir bölgəsində planlaşdırılan sosial-iqtisadi layihələr barədə geniş məlumat verib.

Tədbirdə Türkiyə xalqının birliyi, ölkədəki sabitliyin və qardaşlığın qorunması ilə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Diyarbəkirə səfəri çərçivəsində TOKİ (Toplu Konut İdaresi Başkanlığı) tərəfindən inşa edilən 1525 mənzilin, 17 biznes mərkəzinin, dairəvi yolun açılışında iştirak edib.
Muzeyə çevrilən Diyarbəkir Həbsxanası Ədliyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilib.

Ərdoğan, həmçinin “İlk səsim Ərdoğana, ilk səsim AK Partiyaya!” şüarı altında təşkil olunan tədbirdə gələn il Türkiyədə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək vətəndaşlarla görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO