Kişi və qadın şahmatçılarımız DÜNYA ÇEMPİONU oldular - FOTO 

Kişi və qadın şahmatçılarımız DÜNYA ÇEMPİONU oldular - FOTO 

Hazırda oxunan: Kişi və qadın şahmatçılarımız DÜNYA ÇEMPİONU oldular - FOTO 

100688

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb.

Bizim.Media xəbər verir ki, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb.

Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb.

Qadınların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Kişilərin yarışında da son tur oynanılıb.

Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar.

Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb.

Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO