Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter“də paylaşım edib.
Görüş İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin 12-ci sessiyası çərçivəsində baş tutub.
Bundan əlavə, Hikmət Hacıyev İƏT Baş Katibi Hissein Brahim Taha, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev və İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili ilə də ikitərəfli görüşlər keçirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:16 / 22.10.2022
Hikmət Hacıyev İƏT sessiyası çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev İƏT sessiyası çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev İƏT sessiyası çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
100656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.