Türkiyəli müğənnidən İranlı qadınlara DƏSTƏK – “Saçlar küləyə sovrulmaq üçündür” - VİDEO 

Türkiyəli müğənnidən İranlı qadınlara DƏSTƏK – “Saçlar küləyə sovrulmaq üçündür” - VİDEO 

Hazırda oxunan: Türkiyəli müğənnidən İranlı qadınlara DƏSTƏK – “Saçlar küləyə sovrulmaq üçündür” - VİDEO 

100573

Türkiyəli musiqiçi Sıla Gənçoğlu yeni "Oyansın yatanlar"(“Kalksın uyuyanlar”) adlı mahnısına klipini təqdim edib.

Bizim.Media xəbər verir ki, Sıla klipi əxlaq polisi tərəfindən hicab qadağasına tabe olmadığı üçün öldürülən Məhsa Emini və azadlıq mübarizəsinə başlayan iranlı qadınlara həsr edib.

Sıla klip üçün yazdığı mətndə bu ifadələrdən istifadə edib:

“Azadlıq üsyan deyil, şəraitə görə elə bilinir, amma deyil. Azadlıq heç kimə məxsus deyil, şəxsidir. Fərdi qərardır, məqsəddir. Məcburiyyətə “Yox” deməyi bacarıb, qəlbə saplanmış daşı qoparıb atmaqdır, azadlıq.
Zalıma ağıl, mərhəmət, şəfa və vicdan diləmək, anlamayan hər kəsə anlatmaq borcumuzdur. Dünyada hürriyyətə inamını itirmiş bütün bacı-qardaşlarım, ləyaqətinin dalınca gedən iranlı bacılarım, sizin möhkəm əllərinizi tutmağa and içmişəm. O bayraq bizimdir. O bayraq bizik. Saçlar küləyə sovrulmaq üçündür və müdafiəsizdir. Zaman bumeranqdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO