Xalq artisti: “İran Azərbaycanın güclənməsini istəmir”

Xalq artisti: “İran Azərbaycanın güclənməsini istəmir”

Hazırda oxunan: Xalq artisti: “İran Azərbaycanın güclənməsini istəmir”

100540

“İran Qarabağ hadisələri ortaya düşəndən bizə öz düşmənçiliklərini göstəriblər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

“Ermənistanın birinci prezidenti Ter-Petrosyanın o vaxtlar dediyi bir söz yadımdadır. O, müsahibələrinin birində demişdi ki, əgər Rusiyanın silahı, İranın isə bizə kömək etdiyi ərzaq olmasaydı, biz Qarabağı ala bilməzdik.
Yəni, İran hər zaman Ermənistana kömək edib, indi də kömək edir. Niyə? Çünki çox qorxur ki, Azərbaycan güclənər və o tay, bu tay söhbəti ortaya çıxar. Bax, bunların azarı budur! Bu günləri İranda şuluqluq var ha, hamısı bu mollakratiya deyirlər, əntiqə sözdür, ondan irəli gəlir”.

R.Balayev daha sonra bunları əlavə edib.

“Mən İranda bir kinoya çəkilmişəm və orada özü də yüz gün qalmışam. İranda olarkən, elə bil dustaqlıqda olmuşam. Özü də mən tək Tehranda olmamışam, mən kəndlərdə-kəsəklərdə olmuşam, orada müxtəlif təbəqəli adamlarla söhbətim olub. Bu insanlar beziblər. Bu, Məhsa Əmini öldürdülər ey, onun ölümü bir bəhanə idi.

O, elə bil ki, bir “spiçka” idi, altdan közərirdi, vurdu və alışdı. Yəni, bunların qorxusu budur. Çünki dünyada bütün dövlətlər birləşdi. İki dövlət qalıb, biri Şimalı və Cənubi Koreya, bir də biz qalmışıq.

Yəni burada 10 milyonuq, orada 40 milyon. Çox təəssüf ki, İranda bunların məktəbi yoxdur. Görün ki, 300 min erməni var orada, hələ bəlkə də azdır, bunların öz dilində məktəbləri var, bütün adət-ənənələrini yerinə yetirirlər. Amma bizi öz dilimizdə oxumağa qoymurlar.

Bu, dəhşətdir! 40 milyon adam ey, bu zarafat deyil! İndi bunlar özü də guya islam dininə riayət edirlər. Mən sizə deyim ki, bu gün ən dinsiz ölkə İrandır. Yəni, orada insanları hər şeydən irgəndirdilər. Bunlar dövlət idarə edə bilmirlər! Bunlarınki zordur və zopadır!”.
“İran bu gün o tay, bu tay məsələsindən qorxur. Ona görə də, Azərbaycanın güclənməsini istəmirlər. Bu, nə cığallıqdır?! Sənin nə borcuna, mən gedib yerimə tuturam?! Erməni mənim əlimdən torpaqlarımı almışdı, indi də gedib yerimi tuturam və sərhəd qururuam.

Sənə nə dəxli var ki, Ermənistanla sərhəd olursan, ya Azərbaycanla? Vay, biz sərhədimizi verə bilmərik, əlaqəmizi kəsə bilmərik. Nə hay-həşir qoparmısan! Yenə əlaqə elə də, “samolyot”la get! Bunlar hamısı çox çürük bir bəhanədir.

Çox şükür ki, dünən də Ərdoğan Qarabağa bird aha səfər etdi. Və o bir mesaj oldu ki, “Bura bax, çox tullanıb-düşməyin! Biz bir yerdəyik!” Yəni, Ərdoğanın gəlişi İrana bir mesaj oldu ki, Azərbaycan tək deyil.

Azərbaycanı bu boyda Türk dünyasının ən öndə gedən rəhbərlərindən biri, Türkiyə bizi dəstəkləyir və bizim belə qardaşımız var. İran orada yaşayan azərbaycanlılara qarşı nə qədər haqsızlıqlar edirlər.
Necə ola bilər ki, orada azərbaycanlılar farsdan çoxdur, amma dilində məktəb yoxdur. Necə olur ki, sayı hamısından çoxdur, amma bunun dilində məktəb olmasın? Niyə? Çünki onların ki, ancaq qorxudur. Orada balaca bir xalq var, onlara muxtariyyət verib, ancaq Təbrizə vermir. Niyə?

Dediyim odur ki, bunun qorxusu, azzarı “o tay, but ay” məsələsidir!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO