Prezident TDT Baş katibinə mükafatını təqdim edib - FOTO 

Prezident TDT Baş katibinə mükafatını təqdim edib - FOTO 

Hazırda oxunan: Prezident TDT Baş katibinə mükafatını təqdim edib - FOTO 

100533

Prezident İlham Əliyev TDT Baş katibini “Dostluq” ordeni ilə təltif edib.

Bizim.Media xəbər verir ki, ölkə başçısı mükafatı TDT Baş katibini qəbul edərkən təqdim edib:

“Hörmətli Bağdat Kultayeviç, Azərbaycanda olmağınızdan istifadə edərək sizi dəvət etmişəm ki, ilk növbədə, bizim təşkilatın Baş katibi qismində işlədiyiniz illərə görə təşəkkürümü bildirim və sizi Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edim. Siz bu təltifə layiqsiniz.
 

MÖVZU İLƏ BAĞLI:

Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edildi


Siz Türk Dövlətləri Təşkilatının Baş katibi kimi bizim birliyimizin möhkəmləndirilməsi işində mühüm rol oynamısınız və bunu davam etdirirsiniz”,-deyə İlham Əliyev vurğulayıb.

Ölkə başçısı mükafatı böyük məmnuniyyətlə təqdim etdiyini bildirib:

“Öz adımdan və Azərbaycan xalqı adından, sizin bütün dostlarınız adından, Azərbaycandakı onlarca, bəlkə də yüzlərlə dostunuz adından sizə təşəkkürümü bildirmək, cansağlığı, firavanlıq və gələcək uğurlar arzulamaqla bu mükafatı təqdim etmək istəyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO