Şah Sultan Hüseyn məscidi bərpa ediləcək - FOTO 

Şah Sultan Hüseyn məscidi bərpa ediləcək - FOTO 

Hazırda oxunan: Şah Sultan Hüseyn məscidi bərpa ediləcək - FOTO 

100503

Şah Sultan Hüseyn məscidi bərpa ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. 

Bildirilib ki, oktyabrın 21-də Dövlət Xidmətinin dəstəyi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iştirakı ilə Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidinin ətrafında təmizlik aksiyası həyata keçirilib.

Aksiyada Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və sözügedən qurumların əməkdaşları iştirak ediblər. 
Tədbir çərçivəsində XVII əsrdə inşa olunan məscidin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işləri görülüb. 

Qeyd edək ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin yaxın zamanda bərpasına başlanılması planlaşıdırılır. Bunun üçün artıq hazırlıq işlərinə də başlanılıb. 


Aksiya iştirakçıları daha sonra yenicə bərpa-konservasiya olunan XIX əsrdə inşa edilən hamama baxış keçiriblər. Tarixi abidənin turizm baxış obyekti kimi istifadə olunması planlaşdırılır. 
Tarixi abidlərin qorunması, ətraf-mühitin mühafizəsi, yaşıllıq zonalarının təmizlənib genişləndirilməsi, ekoloji tarazlığın bərpası, eləcə də vətənaşlarımızın mədəni irs nümunələrinə diqqətinin daha da artırılması məqsədi daşıyan aksiyanın davamlı təşkil olunması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO