Binəli Yıldırım və Şamil Ayrım necə qəzaya düşüb? - DETALLAR

Binəli Yıldırım və Şamil Ayrım necə qəzaya düşüb? - DETALLAR

Hazırda oxunan: Binəli Yıldırım və Şamil Ayrım necə qəzaya düşüb? - DETALLAR

100470

Xəbər verdiyimiz kimi, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım Azərbaycanda səfərdə olarkən, Zəngilan rayonunda qəzaya düşüblər. 

Qəza ilə bağlı bəzi detallar bəlli olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Binəli Yıldırım və Şamil Ayrımın qəzaya düşmələri ilə bağlı RƏSMİ AÇIQLAMA


Nəşr qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramı bitdikdən sonra maşın karvanı Zəngilan Hava Limanı istiqamətində yola çıxıb:

"Binəli Yıldırımın olduğu nəqliyyat vasitəsinin yeni yola çıxıldığı zaman ön təkəri partlayıb. Nəqliyyat vasitəsi bu səbəbdən qəzaya uğrayıb”.

Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi Oğuzhan Dəmirçi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşmüşdü. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO