Prezident Zəngilanda qəza keçirən Binəli Yıldırım və Şamil Ayrıma baş çəkdi - FOTO/VİDEO

Prezident Zəngilanda qəza keçirən Binəli Yıldırım və Şamil Ayrıma baş çəkdi - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Zəngilanda qəza keçirən Binəli Yıldırım və Şamil Ayrıma baş çəkdi - FOTO/VİDEO

100453

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Binəli Yıldırım və Şamil Ayrımın qəzaya düşmələri ilə bağlı RƏSMİ AÇIQLAMA


Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi Oğuzhan Dəmirçi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşmüşdü. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilmişdi.

Bizim.Media
 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO