Büdcənin investisiya xərclərinin böyük hissəsi Qarabağın bərpasına yönəlib

Büdcənin investisiya xərclərinin böyük hissəsi Qarabağın bərpasına yönəlib

Hazırda oxunan: Büdcənin investisiya xərclərinin böyük hissəsi Qarabağın bərpasına yönəlib

100435

2022-ci ilin doqquz ayı ərzində 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1668,9 milyon manat çox vəsait yönəldilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir. 

Məlumata görə, investisiya xərclərinin böyük hissəsini işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dövlət əsaslı vəsait qoyuluşu xərcləri təşkil edib. 

Bu dövrdə mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 faiz və ya 40,1 milyon manat, təhsil xərclərinə 18,9 faiz və ya 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 faiz və ya 219,0 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 faiz və ya 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 faiz və ya 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 faiz və ya 37,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 faiz və ya 80,4 milyon manat çox vəsait yönəldilib. 

Qeyd edilib ki, 2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri isə 5136,0 milyon manat icra olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO