Şahmatçımız dünya çempionatında erməni təmsilçini məğlub etdi

Şahmatçımız dünya çempionatında erməni təmsilçini məğlub etdi

Hazırda oxunan: Şahmatçımız dünya çempionatında erməni təmsilçini məğlub etdi

100433

İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb. 

Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. 

Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Gövhər Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 

Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb. 

O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb. 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO