“İşğal dönəmində dağıdılmış ərazilərin təzminatı ödənməlidir” - Ərdoğandan TƏNQİD

“İşğal dönəmində dağıdılmış ərazilərin təzminatı ödənməlidir” - Ərdoğandan TƏNQİD

Hazırda oxunan: “İşğal dönəmində dağıdılmış ərazilərin təzminatı ödənməlidir” - Ərdoğandan TƏNQİD

100355

"İşğal dönəmlərində bu dağıdılmış ərazilərin mütləq təzminatını tələb etmək lazımdır".

Bizim.Media xəbər verir ki, bunu Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı deyib. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları Cəbrayıldakı erməni vandallığını görməzdən gəldiklərinə görə tənqid edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir” – İlham Əliyev 


Dövlət başçısı bildirib ki, işğaldan azad edilən qədim Azərbaycanın ərazisində ikinci hava limanının açılışına qatılmaq və sıxıntılı dövrdən sonra müasir tələblərə cavab verən belə limanın açılması hər ölkənin edə biləcəyi iş deyil:

"Sağıma, soluma baxıram. Gör işğal dövründə Cəbrayılı nə hala gətiriblər?! Qardaşıma sual verdim və dedim ki, aidiyyəti beynəlxalq təşkilatlar gəlib bu mənzərəni heç görmədimi? Yox, gəlmirlər dedi. Niyə gəlmirlər, çünki öz üzqaralarını, Qərbin etdiklərini görəcəklər. Çünki dəstək verdikləri Ermənistanın işğal müddəti içərisində Cəbrayılı, digər bütün Qarabağı nə hala saldıqlarını görəcəklər. Təbii ki, bütün bunları görmək istəmirlər. Əslində, onlar nələr edildiyini bilirlər. Ona görə də baş verənlərin təzminatını tələb etmək lazımdır. Bununla da onları dalana dirəmək lazımdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO