İctimai nəqliyyatda sıxlığı fürsət bilən “MANYAKLAR” – “Cəzalandırılmasalar, sayları artacaq”

İctimai nəqliyyatda sıxlığı fürsət bilən “MANYAKLAR” – “Cəzalandırılmasalar, sayları artacaq”

Hazırda oxunan: İctimai nəqliyyatda sıxlığı fürsət bilən “MANYAKLAR” – “Cəzalandırılmasalar, sayları artacaq”

100332

“Bir az da mehriban olun...”

Yəqin ki, bu cümlə ictimai nəqliyyatdan istifadə edən əksər şəxsə tanışdır. Sürücülərin tez-tez işlətdiyi bu cümlə evə tez çatmaq, yolda qalmamaq üçün mübarizə aparan sərnişinlərə xoş səslənsə də, çox zaman digərləri üçün problem yarada bilir.

Belə ki, sözügedən “mehribanlıq” seksual aclığını doydurmaq üçün potensial manyak rolunu alan şəxslər üçün fürsət rolu oynayır. Bu, təəssüf yaradan məqam olsa da, hər gün ictimai nəqliyyatlarda bu kimi hallar müşahidə olunur. 

Psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında son zamanlar bu kimi halların daha çox artdığını qeyd edib.

Həm də bu davranış pozğunluğu bütün yaş kateqoriyalarından olan şəxsləri əhatə edir:

“Bu kimi halları adətən daha çox yaşlı kişilərin törətdiyini görürdük, lakin indi baxsaq, gənc oğlanlar belə bu iyrənc hərəkətə əl atırlar. Bu davranış pozuntusu isə birbaşa uşaqlıqda baş verən travmalar və ya psixoloji pozğunluqlara da bağlı ola bilər. Ümumiyyətlə cinsiyyət orqanının nümayiş etdirilməsi və ya bu kimi hərəkətləri törətmək həmin insanın özünütəsdiq formasını, eləcə də öz gücünə inamsız olmasını, güclü kompleksə malik olmasını, psixoloji yetişmədiyini, əks cins ilə əlaqə yaratmaqda çətinlik çəkdiyini göstərən faktlardır.
 

Digər tərəfdən isə az da olsa seksual pozğunluğu, eləcə də psixi xəstəliyi olan insanlara rast gəmək mümkündür. Bu cür insanlar həkim tərəfindən müayinə olunmalıdır və psixi xəstəliyi olan şəxslər mütləq müalicə almalıdılar”.


Psixoloq həmçinin aidiyyatı qurumların bu kimi şəxslərə qarşı ciddi tədbirlərin aparılmasının vacibliyini də vurğulayıb:

“Bu cür halların baş verməməsi üçün aidiyyəti qurumlar tərəfindən ciddi tədbirlər görülməli, lazım gələrsə qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. Gözardı olunmamalı və həmin zərərçəkmiş şəxslərə də psixoloji dəstəklər göstərilməlidir. Əks halda ictimai yerlərdə əxlaqsız hərəkət edən və bununla da ətrafdakılara zərər vuran insanların sayı arta bilər”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO