Mədəniyyət və İncəsənət Universitetində tələbə bileti üçün 10 manat TƏLƏB OLUNUR - FOTOFAKT 

Mədəniyyət və İncəsənət Universitetində tələbə bileti üçün 10 manat TƏLƏB OLUNUR - FOTOFAKT 

Hazırda oxunan: Mədəniyyət və İncəsənət Universitetində tələbə bileti üçün 10 manat TƏLƏB OLUNUR - FOTOFAKT 

100288

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbə biletlərinə görə tələbələrdən 10 manat tələb olunur.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, tələbə biletləri hazırdır. Bileti almaq üçün qeydiyat zamanı 5 AZN ödəyən tələbələr yerdə qalan 5 manatı da təhvil vaxtı ödəməlidirlər.

Qeydiyyat zamanı isə ödəniş etməyənlər birbaşa bileti götürəndə 10 AZN ödəməlidir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduqlarını və araşdırma apardıqlarını bildirib.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə tələbələrdən müxtəlif adlar altında pul yığmaq qanunvericiliyin tələbinə uyğun olaraq yolverilməzdir:

“Kimsə, bunu tələb edirsə, qanunvericiliyin tələbini kobud şəkildə pozur. Dövlət sifarişi əsasında təhsil alan tələbələrin təhsil xərcini dövlət qarşılayır. Ödənişli təhsil alan tələbələrdən hər birinin də illik təhsil haqqı müvafiq kriteriyalar əsasında formalaşır.

Tələbənin təhsil haqqını ödədiyi halda bir də onun üzərinə tələbə biletinə görə pul verməsi yolverilməzdir. Tələbə yalnız tələbə bileti üçün çəkdirdiyi müvafiq fotonun pulunu ödəyə bilər. Onu da əgər kənar yerdə çəkdiribsə...”
Ekspert əlavə edib ki, bu gün müxtəlif təhsil pilləsi üzrə 200 mindən çox tələbə təhsil alır. Onların hər birindən müvafiq universitetlər 10 manatdan yığarsa, bunun hesabına kifayət qədər büdcə formalaşır:

“Nə üçün və hansı səbəbdən tələbə bunu verməlidir? Tələbə ən yaxşı halda hansısa dərs vəsaiti alar və pulunu ödəyər. Kəsri yaranar, baloniya sistemi olduğu üçün kredit pulunu ödəyər. Yəni, tələbə yalnız bunların öhdəçiliyini daşıyır. Bununla bağlı müvafiq qurumlar tədbir görməlidir ki, korrupsiyanın qarşısı alınsın”, - deyə Elçin Əfəndi bildirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO