Rusiya hakimiyyəti miqrasiya nəzarətini gücləndirmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
O qeyd edib ki, miqrantların sıx məskunlaşdığı yerlərdə genişmiqyaslı hüquq-mühafizə tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib. Müşavirə zamanı Putin Rusiyanın miqrasiya siyasətinə dəyişiklik etməyin vacibliyini vurğulayıb. O bildirib ki, dünyada vəziyyət dinamik şəkildə dəyişir, miqrasiya sferasına təsir edən qlobal və regional faktorlar yaranır, bu səbəbdən də hazırkı miqrasiya siyasəti konsepsiyasına korrektə etmək lazımdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
07:29 / 20.10.2022
Rusiya miqrasiya nəzarətini GÜCLƏNDİRİR
Hazırda oxunan: Rusiya miqrasiya nəzarətini GÜCLƏNDİRİR
Hazırda oxunan: Rusiya miqrasiya nəzarətini GÜCLƏNDİRİR
100217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.