Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli Kerem Kamalla qarşılaşıb. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli ikinci yerlə kifayətlənib.
Rəqib qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə döşək üzərində dövrə vuraraq qeyd edib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:16 / 19.10.2022
Güləşçimiz dünya çempionatında GÜMÜŞ medal qazandı
Hazırda oxunan: Güləşçimiz dünya çempionatında GÜMÜŞ medal qazandı
Hazırda oxunan: Güləşçimiz dünya çempionatında GÜMÜŞ medal qazandı
100194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.