Son zamanlar Azərbaycana gətirilən avtomobillərin sayı artır. Bu ilin 9 ayının yekunlarına görə, ölkəyə 59 min civarənda avtomobil idxal olunub. İlin sonuna qədər bu rəqəmin 80 minə çatacağı istisna edilmir.
Amma maraqlıdır ki, ölkəyə gətirilən avtomobillərin sayı ilbəil artsa da, yol infrastrukturu hələ də prosesə hazır deyil.
Xüsusən də ölkədə olan avtomobillərin mütləq əksəriyyətinin cəmləndiyi paytaxt Bakının yol infrastrukturu artan tələbatı ödəmək gücündə deyil.
Eyni zamanda, yeni yolların tikilməsi və böyüdülməsinə rəğmən tıxac problemi azalmaq əvəzinə, böyüyərək daha kəskin xarakter almaqdadır.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov problemin həll yollarını göstərdi.
Onun fikrincə, problemdən çıxış yolu infrastrukturun şaxələndirilməsidir:
“Azərbaycana gətirilən avtomobillərin sayının artması və onların əsasən Bakı şəhərində cəmləşməsi fonunda mövcud yol infrastrukturu artıq artan bu tələbata cavab vermək gücündə deyil. Digər tərəfdən, Bakı şəhəri mümkün qədər infrastruktur və dairəvi yollarla artıq təmin edilib. Ona görə yeni binaları söküb yerində yol sala bilmərik. Problem getdikcə dərinləşir. Belə davam edərsə yol infrastrukturumuz iflic vəziyyətə düşəcək. Belədə avtomobillər sadəcə olaraq hərəkət edə bilməyəcək. Bu isə ekoloji vəziyyəti kəskinləşdirəcək, həmçinin saatlarla tıxacda dayanan avtomobil sahiblərinin xərclərini artıracaq.
Belə bir vəziyyətdən çıxış yolu dünya praktikasında geniş tətbiq edilən ikimərtəbəli yolların salınmasından keçir.
Mövcud yollar üzərində estekada tipli metal konstruksiyalı körpülərin ikinci xətlərinin çəkilməsini həyata keçirməliyik. Alternativ budur. Ən azından Tiflis prospektindən Xırdalan dairəsinə gedən yol üzərində, Əhmədli-8-ci kilometr istiqamətində ikimərtəbəli yollar salınmalıdır.
Bütün meqapolislərdə, Nyu York, London, Tokio, Pekində, İstanbulda bu layihədən istifadə olunur. Azərbaycanın bu layihəni gerçəkləşdirmək üçün maliyyə imkanları da var. Həmin məsələni reallaşdırmaq üçün artıq azı 5-7 il gecikmişik”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:05 / 20.10.2022
Avtomobillərin artması fonunda yol infrastrukturunu necə təkmilləşdirmək olar? - Ekspertdən TƏKLİF
Hazırda oxunan: Avtomobillərin artması fonunda yol infrastrukturunu necə təkmilləşdirmək olar? - Ekspertdən TƏKLİF
Hazırda oxunan: Avtomobillərin artması fonunda yol infrastrukturunu necə təkmilləşdirmək olar? - Ekspertdən TƏKLİF
100151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.