Qəza törədən avtobus fəhlələri daşıyırmış – YENİLƏNİB – ÖZƏL – FOTO/VİDEO

Qəza törədən avtobus fəhlələri daşıyırmış – YENİLƏNİB – ÖZƏL – FOTO/VİDEO

Hazırda oxunan: Qəza törədən avtobus fəhlələri daşıyırmış – YENİLƏNİB – ÖZƏL – FOTO/VİDEO

100031

Siyəzənin Zarat kəndi ərazisində baş verən qəzada yaralananların hamısı Zarat kənd sakinləri olan qadınlardır.

Bizim.Media xəbər verir ki, onlar parnikdə işləyən fəhlələr olub.

İşçiləri iş yerinə aparan mikroavtobusun aşması nəticəsində 10 qadın xəsarət alıb.

Siyəzən Müalicə-Diaqnostika Mərkəzinin baş direktoru Dadaş Hümbətov Bizim.Media-ya məlumat verib ki, yaralıların vəziyyəti stabildir, onlar hazırda lazımi  müayinələrdən keçirilir, aralarında bir-iki xəsarət alan var, ağır vəziyyətdə olanı yoxdur, müayinələrimiz davam edir. Qəzanın səbəbləri araşdırılır.

*** 09.39

Bu gün səhər Siyəzənin Zarat kəndində mikroavtobus aşıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki təcili yardım avtomobili hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan 10 nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Hazırda onlara ilk tibbi yardım göstərilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 






Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO