Emin Hüseynov:

Emin Hüseynov: "Əhali Qarabağa köçürülməmiş məşğulluğu təmin edilməlidir"

Hazırda oxunan: Emin Hüseynov: "Əhali Qarabağa köçürülməmiş məşğulluğu təmin edilməlidir"

599669
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhali köçürülməmiş onun məşğulluğu təmin edilməlidir və bu, qarşıya qoyulan əsas hədəflərdən biridir.
 
Bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
 
"Məşğulluq çox ciddi problemdir, burada fərdi yanaşma tələb edilir. Hər bir ailə üçün detallı şəkildə baxmalıyıq, ailələrin məşğulluq məsələsi həll edildikdən sonra köç məsələsi təmin edilməlidir. Şəhərsalma planlarında bu, nəzərə alınmalıdır", - deyə o qeyd edib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO