"Türkiyədə iki ilə yeni seçki olacaq" ”“ Müsahibə

Hazırda oxunan: "Türkiyədə iki ilə yeni seçki olacaq" ”“ Müsahibə

82273
2011-2015-ci illərdə CHP-nin sözcüsü olan, hazırda tanınmış yazar kimi Türkiyə mediasında çıxış edən Muzaffər Ayhan Kara AzVision.az-a müsahibəsində 7 iyun seçkisindən sonra yaranan vəziyyəti və mümkün variantları şərh edir. 

Moderator.az  həmin müsahibəni təqdim edir:

- 7 İyun seçkisini necə qiymətləndirirsiniz? 

- 7 İyunda seçici Ərdoğanın söykəndiyi "Türk üsulu başçılıq sistemi" nə qarşı "parlament demokratiyası"nı, təkpartiya iqtidarına qarşı da koalisiyanı seçdi. Beləliklə, AKP-nin 13 illik iqtidarına son verildi. Seçmən AKP-ni iqtidarda sınayıb və indi də müxalifəti vəzifə ilə yükləyib.

- HDP-nin barajı aşması Türkiyə siyasətində hansı dəyişikliyə səbəb ola bilər? 

- HDP-nin ilk dəfə partiya olaraq bir ümumi seçkiyə qatılması və barajı aşması AKP-nin iqtidardan düşməsinə, prezidentlik sisteminə keçidin qarşısının alınmasına səbəb oldu. Bu, partiyaya çox məsuliyyət yükləyir. 

- Niyə? 

- Çünki HDP-nin klassik 6% səsinə əlavə 7% səs daha gəldi və bu səslər xüsusilə AKP-nin iqtidardan düşməsi üçün gəldi. HDP bu əlavə səslərin niyə gəldiyini çox yaxşı qavramalı və “ev tapşırığı”x9dnı buna görə etməlidir. Həmin 7% HDP-nin PKK ilə əlaqəsinə isti baxmayan bir seçici qrupundan gəlib. Bu səbəbdən, HDP-nin Məclisdə kürd probleminin həllinə yanaşmada fərqli bir xətt tutması lazımdır. Digər tərəfdən, HDP-nin yüksəlişi CHP-nin də özünə səliqə-sahman verməsinə səbəb olacaq. 

- AKP-MHP koalisiyası nə dərəcədə mümkündür? Belə vəziyyət olarsa, CHP nə edəcək? 

- Əslində doğru olan AKP-ni aşıran partiyaların - CHP-MHP-HDP-nin ortaq hökumət qurmasıdır. Ancaq MHP-nin HDP ilə koalisiya variantlarını istisna etməsi bu variantı mümkünsüz edir. Bu halda önə çıxan koalisiya variantları AKP variantlardır. Beləliklə, bir AKP-MHP koalisiyası real variant ola bilər. Belə olsa, CHP də "ana müxalifət" mövqeyini tutacaq. Bütün hallarda Türkiyənin iki il ərzində seçkiyə gedəcəyini düşünürəm.

- Türkiyənin bundan sonrakı vəziyyəti necə olacaq? 

- Türkiyə demokratik parlament sistemi ilə yoluna davam edəcək. AKP-nin Atatürkün qurduğu müasir Türkiyə Respublikasını `mötərizə` olaraq xarakterizə etməsi, `Yeni Osmanlı` meyli xalq tərəfindən bəyənilmədi. Atatürkün və sonra da İnönünün inqilablarının xalq tərəfindən mənimsənildiyi bir daha aydın oldu. Atatürk və İnönüyə `iki əyyaş` bənzətməsini utanmadan edənlər haqq tərəfindən iqtidardan endirildi. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO