“AXC-nin dəstəyi olmasa Heydər Əliyev Ali Məclis sədri ola bilməyəcəkdi”x9d

“AXC-nin dəstəyi olmasa Heydər Əliyev Ali Məclis sədri ola bilməyəcəkdi”x9d

Hazırda oxunan: “AXC-nin dəstəyi olmasa Heydər Əliyev Ali Məclis sədri ola bilməyəcəkdi”x9d

78274

“Bu gün sinəsinə döyüb Heydər Əliyev üçün ləbbeyk deyənlərin bir çoxu o vaxt onun Naxçıvan Ali Məclisinə seçilməməsi üçün min oyundan çıxırdılar”x9d

 

Xalq Arzusu Hərəkatının lideri, vaxtilə AXC Naxçıvan Şöbəsinin rəhbəri olmuş, AXC iqtidarı devriləndən sonra 8 il məhbus həyatı yaşamış Asəf Quliyev Moderator.az saytı və ”x9dHürriyyət”x9d qəzetinə müsahibəsində 92-ci ilin 14-15 may hadisələrindən danışır:

 

Əvvəli burda: //moderator.az/index.php?xeber=77901

 

-Heydər Əliyevə AXC-də hər hansı vəzifə verilməsi, onun Bakıya dəvət edilərək Elçibəylə görüşdürülməsini, ümumiyyətlə onun AXC iqtidarına qarşı incikliyinin aradan qaldırıması üçün heç təşəbbüs göstərdinizmi?

 

-Biz hələ Heydər Əliyev Naxçıvana yeni gəldiyi zaman ona öz dəstəyimizi ifadə etdik və Naxçıvan Ali Məclisinə seçkilər zamanı AXC öz nüfuzundan istifadə edərək Heydər Əliyevin seçilməsində müstəsna rol oynayıb. Təsəvvür edin ki, bu gün sinəsinə döyüb Heydər Əliyev üçün ləbbeyk deyənlərin bir çoxu o vaxt onun Naxçıvan Ali Məclisinə seçilməməsi üçün min oyundan çıxırdılar. Yadımdadır ki, o vaxt kommunist bloku onu nəinki söyür, ən qəbuledilməz ifadələrlə təhqir edirdilər. Amma Cəbhədən olan deputatlar Heydər Əliyevə hörmət bəslədilər və onunla danışığa getdilər. Razılaşma da belə oldu ki, vəzifələr bölüşdürülür, Ali Məclis sədri Heydər Əliyev olur, baş nazir AXC-dən bir adam olur. Eləcə də Ali Məclis sədrinin və baş nazirin müavinləri də bərabər olaraq bölüşdürülür. Məhz AXC-nin razılaşması əsasında Heydər Əliyev Ali Məclis sədrliyinə seçilə bildi, yoxsa kommunistlər möhkəm dayanmışdılar ki, ona imkan verməsinlər. Beləliklə, Becan Fərzəliyev də baş nazir oldu. Amma qısa bir müddət keçəndən sonra Becan Fərzəliyevlə Heydər Əliyev arasında ziddiyyətlər yaranmağa başladı.

 

 -Niyə?

 

-Türkiyədən yardımların gətirilməsi, Türkiyə-Naxçıvan münasibətlərinin qurulmasında mövqelərdəki dərin ziddiyyətlərlə bağlı idi. O dövrdə Becanın Türkiyədə çox geniş əlaqələri vardı və bu, Heydər Əliyevi narahat edirdi.

 

-Şəxsən özünüz Heydər Əliyevlə təkbətək söhbət edərək AXC ilə münasibətlərdəki ziddiyyətləri aradan qaldırmağa cəhd etdinizmi?

 

-Mənim Heydər Əliyevlə çox söhbətlərim olub. Axırıncı dəfə onunla Becan baş nazirlikdən istefa verib gedəndən bir gün öncə söhbətimiz oldu. Bir saata yaxın aramızda söhbət oldu və o təkidlə deyirdi ki, Becan getsin. Mən də ona bildirdim ki, Becan getsə belə baş nazir postu razılaşmaya görə AXC-nindir və biz ora başqa namizəd verəcəyik. Qəti şəkildə məsələni qoydum ki, doğrudan da Becanla işləmək mümkünsüzdürsə, o zaman dünyanın sonu deyil və biz ora yeni namizəd təklif edərik. Amma bu söhbətin səhərisi gün Becan heç kimə demədən Naxçıvanı tərk elədi.

 

-Necə olur ki, öz hərəkat yoldaşlarını belə xəbərdar etmədən Naxçıvandan qaçır?

 

-Heç kimə xəbər etməmişdi. Bir gün ondan öncə Fazil Mustafa məndən xahiş etmişdi ki, Becanı çıxarmaq istəyirlər və onu müdafiə etmək lazımdır. Açığı, etiraf etmək lazımdır ki, o dövrdə artıq Heydər Əliyev AXC-nin içərisində də müəyyən qrupları ələ almağa nail olmuşdu və onlar da Becanın baş nazir qalmasını istəmirdilər.

 

-Becan onların hansı istəyini yerinə yetirməmişdi ki, ona qarşı çıxmışdılar?

 

-Özəlləşdirmə ilə bağlı idi və Naxçıvandakı bir neçə obyekti götürmək istəyirdilər, Becan da buna imkan vermirdi. Konkret olaraq Alt Trikotaj Kombinatının onlara verilməsini təklif etmişdilər, Becan da bundan imtina etmişdi. Ona görə də onlar Becanın əleyhinə təbliğat aparırdılar.

 

-Becanın yerinə AXC-dən qoyuldu?

 

-Yox, Heydər Əliyev razılaşmanı pozdu və baş nazir kommunist blokundan qoyuldu.

 

-Fazil Mustafa ilə Becan Fərzəliyevin qohumluq əlaqələri varmı?

 

-Yox, qohumluqları yox idi, amma yaxşı münasibətləri vardı. Ona görə də o da çalışırdı ki, Becan qalıb işləsin.

 

 -Artıq mayın 15-də AXC Bakıda hakimiyyətə gəldi. Bundan istifadə edərək siz də Naxçıvanda məsul vəzifə tuta bilərdiniz. Hətta Ali Məclis sədrinin və ya baş nazirin müavini kimi...

 

-Yox, mənə Heydər Əliyev tərəfindən də, Elçibəyin özü də çox yüksək vəzifələr təklif ediblər, hamısından imtina etmişəm.

 

-Onu da etiraf edirsinizmi AXC Bakıda hakimiyyətə gəlsə də Naxçıvanda bu mümkün olmadı?

 

-Həmin dövrdə AXC Naxçıvan Şöbəsinin sədri Asif Kələntərli idi. Ondan sonra da bir müddət Arif Rəhimov oldu, ondan sonra mən sədr oldum. Asif Kələntərli oldu Ali Məclis sədrinin müavini. Sonra AXC-dən Qafar Məmmədov Ali Məclis sədrinin müavini oldu. Kommunist blokundan da Rəşid Həsənov və Anar adlı şəxs Ali Məclis sədrinin müavinləri oldular. Yəni iki nəfər AXC-dən, iki nəfər də kommunistlərdən məclis sədrinin müavinləri vardı.

 

-O dövrdə AXC-nin Heydər Əliyevlə danışıqlara gedərək onunla barışıq əldə etməsi mümkün deyildimi, yoxsa belə bir təşəbbüsdə bulunan olmadı?

 

-O mümkün deyildi. Artıq Bakı ilə Heydər Əliyev arasındakı münasibətlər gərginləşmişdi. Özü də bu gərginlik təkcə Naxçıvanla məhdudlaşmırdı. Çoxlu məsələlərdə ziddiyyətlər vardı.

 

-Bir neçə sual da indiki fəaliyyətinizə aid olacaq. Niyə Xalq Arzusu Hərəkatı xalqın arzusunu həyata keçirə bilmir?

 

-Bunun bir neçə səbəbi var. Əvvala, son vaxtlar səhhətimlə bağlı bir müddət Azərbaycanda olmadım və başım ancaq müalicəmə qarışdı. Mən uzun illər siyasi fəaliyyətdə olmuşam və partiyaların gündəmdə qalma mexanizmlərini nəzəri və praktiki baxımdan beş barmağım kimi bilirəm. Amma Hərəkatı yaradandan fərqli bir forma seçmək qərarı verdim. O da olduğun kimi görünmək, göründüyün kimi olmaqdır. Yəni qondarma piarla, “pokazuxa”x9d kampaniyaılarla gözə girməkdən imtina etmişik. Təbii ki, əlimizi əlimizin üstünə qoyub oturmamışıq və paytaxtda, regionlarda ciddi təşkilatlanma mərhələsini başa çatdırmaqdayıq. Ara-sıra tədbirlər keçirilir, insanlarla görüşlər, toplantılar olur, amma biz onların heç birini ictimailəşdirmirik. Gözləyirik ki, real olaraq gücə çevriləndən sonra özümüzü cəmiyyətə təqdim edək. Eyni zamanda onu da görürəm ki, bu gün Azərbaycan siyasi mühitində bir anormallıq yaşanır. Yəni siyasətdə bir qarmaqarışıqlıq hökm sürür. Ona görə də belə deyək ki, suların qismən də olsa durulmasını gözləyirik və Avropa Oyunlarından sonra ölkə parlament seçkilərinə köklənəndə sözümüzü deməyə çalışacağıq.

 

-Sabah hakimiyyət Xalq Arzusunun mitinq arzusuna müsbət cavab versə nə qədər tərəfdarınız meydana çıxar?

 

-500 nəfərin çıxmasına problem olmaz. Amma real gücümüz bundan qat-qat artıqdır.

 

-Bu gün hakimiyyət hətta ona müxalif olan siyasi güclərə də birinci Avropa Oyunlarına həmin gücün hansı prizmadan yanaşmasına əsasən qiymət verir. Xalq Arzusu Hərəkatı bu oyunları arzulayırdımı?

 

-Əlbəttə, biz birmənalı olaraq hakimiyyətə müxalifik. Amma eyni zamanda biz Azərbaycanda kimsə ilə düşmən deyilik. Qarşımıza qoyduğumuz məsələ də dövlətçilik və millətçilikdir. Bu baxımdan bizi heç parlament seçkiləri və ya hakimiyyətlə hansısa sövdələşməyə gedib vəzifə almaq da maraqlandırmır. Biz Azərbaycanın bütün milli məsələlərinə müxalifətçilik prizmasından yanaşmırıq. O yerdə ki, milli maraqlardan söhbət gedir, biz dəstəkçiyik.

 

-Sualıma cavab ala bilmədim. 1-ci Avropa oyunlarını dəstəkləyirsinizmi?

 

-Bizim dəstəkləyib-dəstəkləməməyimizdən asılı olmayaraq artıq oyunların başlanmasına sayılı günlər qalıb və o yaxşı-pis keçiriləcək. Ona görə də bu oyunlara qarşı çıxmaq yanlışlıqdır. Çalışmaq lazımdır ki, bu oyunlar yaxşı mənada Azərbaycanın tarixinə yazılsın.

 

-Siz də vaxtilə siyasi məhbus olmusunuz, elədirmi?

 

-Bəli.

 

-Neçə il yatmısınız?

 

-8 il.

 

-Ümumiyyətlə, məhbəsdə olan adamların işiylə məşğul olan hüquq-müdafiə təşkilatları onların içəridəki durumlarına müsbət, yoxsa mənfi təsir göstərir?

 

-İstənilən halda diqqətdə olan məhbusa qarşı “Zon”x9dda da münasibət xeyli dəyişilir və onu yersiz gözümçıxdıya salmırlar. Amma yeri gəlmişkən deyim ki, bu gün siyasi məhbusların azadlığa çıxması üçün aparılan işləri, müdafiə tədbirlərini yetərli hesab etmirəm.

 

-Yetərli olması üçün nələri təklif edirsiniz?

 

-Onların azadlığa qovuşması üçün son qərarı prezident vermiş olsa belə məncə Avropadan bu məsələyə ciddi müdaxilə tələb edilmir. Nəzərə almaq lazımdır ki, bizim Avropa institutları qarşısında yerinə yetirmədiyimiz öhdəliklər olduğu kimi onların da özünəməxsus mənəvi borcları var. Yəni həmin beynəlxalq institutların özlərini bu prosesə daha yaxından müdaxiləyə cəlb etmək üçün fərqli metodlara baş vurulmalıdır. Bilirsiniz, gəlin razılaşaq ki, onlar ürəkdən istəyəndə Azərbaycan hakimiyyətinə lazım olan təzyiqləri etdirə və rəsmi Bakını güzəştə getməyə sövq edə bilirlər. Yəni ortada spekulyasiya olmayanda Avropa çox şey edə bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO