Fəttah Heydərov: “Millət kökündən qopmamalıdır”x9d

Fəttah Heydərov: “Millət kökündən qopmamalıdır”x9d

Hazırda oxunan: Fəttah Heydərov: “Millət kökündən qopmamalıdır”x9d

71302

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Gün.Az-a müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir:

 

- Fəttah müəllim, siz millət vəkili, siyasətçi, həmçinin zamanında müxtəlif rəhbər vəzifələrdə çalışmış bir insan olmaqla yanaşı, həm də ədəbiyyat, mədəniyyət xadimisiniz. 

Uzun illər bu sahədə çalışmısınız, hətta, nazir vəzifəsinədək yüksəlmisiniz. Bu baxımdan, Azərbaycan mədəniyyətinin, Azərbaycan mədəni, mənəvi və ədəbi mühitinin durumunu necə dəyərləndirirsiniz, onu qənaətbəxş hesab etmək olarmı?  

 

- Bilirsiniz, zaman bir istiqamətlidir. Saat həmişə irəliyə işləyir. Zamanda geri qayıtma yoxdur. Bugünkü həm ədəbi, həm mədəni mühiti, həm cəmiyyətdə baş verən hadisələri və cəmiyyətin, demək olar ki, gündəlik həyatını əhatə edən məsələləri izləyirəm, müqayisə edirəm. Mətbuatdır, radiodur, televiziyadır, digər informasiya-kommunikasiya vasitələrdir, kinodur və sairə, bunları izləməyə, müqayisə etməyə imkanlarım var.

Çünki uzun illər bu sferanın içərisində olmuşam. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin yaradıcı ziyalılarının ən görkəmliləri ilə hətta belə bir sırada çalışmışıq, tanışlığımız olub.

Onların fikirləri ilə tanış olmuşam, əsərlərini oxumuşam. Eyni zamanda, dünya ədəbiyyatından xəbərim var, özü də antik ədəbiyyatdan tutmuş orta əsrlər ədəbiyyatı və bu günə qədər olan ədəbiyyatdan, onun karifeylərindən xəbərim var, onların əsərlərini mütaliə etmişəm. Ona görə bu gün sizin verdiyiniz sual necə sizi düşündürürsə, məni də o şəkildə düşündürür. Amma zaman biristiqamətli olduğuna görə mən müqayisədə heç vaxt radikallığa yol vermək istəmirəm. 


“Azərbaycan əhalisinin 98 faizi, demək olar ki, savadsız idi, yerdə qalan 2 faizi oxumuş və ali təhsilli, yaxud da ali təhsilə yaxın təhsil almış ziyalılar idi”x9d


Məsələn, Mirzə Ələkbər Sabirin dövrünü götürək. Yeni bir epoxa başlamışdı o zaman və Azərbaycanda keçmiş təhsil sistemindən yeni təhsil sisteminə keçilmişdi. Demək olar ki, insanların həyat tərzində yenilik var idi. Azərbaycan əhalisinin 98 faizi, demək olar ki, savadsız idi, yerdə qalan 2 faizi oxumuş və ali təhsilli, yaxud da ali təhsilə yaxın təhsil almış ziyalılar idi.

Belə bir mühiti də bu gün gözümün qabağına gətirirəm. O vaxtları Sabir bunları kəskin tənqid edirdi. Özü də bunu satira ilə tənqid edirdi.

Yaxud, elə o dövrdə Seyid Əzim Şirvani də, ondan sonra davam edən Cəlil Məmmədquluzadə də, Abdulla Şaiq də və sairə, hamısı dövrün çatışmazlıqlarını tənqid edirdilər.

O dövrün insanları həmin keçid dövrünü öz əsərləri ilə - poemalar, romanlar, povestlər şəklində göstərmək, cəmiyyətə çatdırmaq, həm də satira, taziyanələr vasitəsilə qamçılamaq, o dövrü normallaşdırıb müəyyən səviyyəyə çatdırmaq istəyirdilər.

Məsələn, o zamanlar təzə məktəb açılmışdı, Sabir nə deyirdi? Köhnə fikirli, köhnə təfəkkürlü vətəndaş gedir görür ki, məktəbdə uşaqlar dərs oxuyurlar. Sabir də öz qələmi, öz satirası ilə bunu belə təsvir edirdi:

Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!

Yox...x! Yo...x! oğul, məktəbi-üsyandı bu!

Molla deyil bundakı təlim edən!

Əlhəzər et, bir yeni şeytandı bu!

Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Yəni, o vaxtları bu cür yanaşma var, münasibət vardı. Amma zaman keçdikcə, həmin dövrdə təhsil alan adamlar Azərbaycan elminin, Azərbaycan mədəniyyətinin, Azərbaycan mətbuatının, Azərbaycanda elmlə, savadla əlaqələri olan sahələrin inkişafında çox böyük rol oynadılar və bu nisbət dəyişməyə başladı.

Azərbaycanda savadsızlıq zaman keçdikcə ləğv olundu. Bundan sonra yeni quruluş başladı, Sovetlər İttifaqı quruluşu...

 

“İnsanlar məcbur edildi ki, hökmən orta təhsil alsınlar”x9d

 

- Bu quruluşun ziyanları çox oldu, yoxsa? Çünki bu quruluş Azərbaycanın müstəqilliyinə son qoydu və sairə.

 

- Bildiyiniz kimi, bu quruluşun adı sosializm idi. Yəni, məsələlər sosial baxımdan həll olunurdu. Eyni zamanda, bir quruluşdan o birisinə keçmək heç də asan olmur, yəni, inqilablar da qanla olur, inqilablar da qurbanla olur.

Bu məsələlər var idi. Sonra müharibələr oldu, Birinci Dünya müharibəsi, ondan sonra davamı olaraq İkinci Dünya müharibəsi və sair. Amma həmin dövrdə də yenə mədəniyyət, yenə də elm, yenə də təhsil bir nömrəli olaraq cəmiyyətin içərisində qaldı və cəmiyyəti bu bəlalardan xilas edib, yeni-yeni etapla inkişaf etdirməyə başladı.

Şəxsən mənim fikrimcə, həmin dövrlər doğrudan da, Azərbaycan cəmiyyətinin inkişafında çox böyük rol oynadı. Məsələn, icbari orta təhsil həyata keçirildi. Bu, çox böyük bir inqilab idi.


“Həmin o prosesi irəli aparan ziyalılarımız Azərbaycan dilinin daha təmiz, asan, anlaşıqlı olmasından ötrü xidmət edirdilər”x9d


Azərbaycan dilinin təkmilləşdirilməsi sahəsində çoxlu dilçi alimlərimiz meydana gəldi. Müxtəlif dillərin hərəsindən müəyyən qədər sözlər cəlb edildi, Azərbaycan lüğət tərkibində olan sözlərin unuduluşları özünə qaytarıldı və yeni istilahlar yarandı. O dövrdə, demək olar ki, Azərbaycan dilinin elmi qrammatikası hazırlandı və məktəblərdə tədris olunmağa başladı. 

Bu, çox da kiçik məsələ deyildi və həmin o prosesi irəli aparan, o prosesi yönlədən ziyalılarımız, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə buna xidmət edirdilər ki, Azərbaycan dili daha təmiz olsun, daha asan olsun, daha anlaşıqlı olsun. Bir daha qeyd edirəm, o zamanlar  Azərbaycan dilinin elmi qrammatikası hazırlandı.

Baxmayaraq ki, dünyanın bütün dillərinin elmi qrammatikası var idi, amma həmin dövrlərdə Azərbaycanın dilinin qrammatikası, Azərbaycan mətbuatının, yəni, sözü qəzetlər, jurnallar vasitəsilə insanlara çatdırmağın nümunələri yarandı. Düzdür, o vaxt da müəyyən cərəyanlar var idi, mübahisə edirdilər bir-biri ilə, necə deyərlər, müəyyən məsələlər üzərində fikir ayrılıqları var idi və sair. Bunların içərisindən saf, dupduru Azərbaycan dilinin gözəl bir lüğət tərkibi elmi şəkildə hazırlandı. Yəni demək istəyirəm ki, o mərhələlər inkişaf mərhələləri, dövrü idi. 


“Ağsaqqalların öz yerində, o zaman o idarəçilərin hərəsinin xalqla, millətlə, camaatla bir yerdə olması səbəbindən onların heç birində münaqişələr baş vermədi”x9d


Onu da qeyd edim ki, sovetlər birliyi zamanı mərkəzin dili dövlət dili olaraq, o birilərini bir qədər basqı altında saxlayırdı. 1991-ci ildə müstəqillik elan olunandan sonra isə bütün keçmiş respublikalar öz talelərinə sahiblənmək hüququ, imkanı əldə etdilər. Müstəqilliyini yenicə əldə etmiş ölkəmizin taleyüklü məsələlərinin həllində də ən böyük rolu Ulu Öndər Heydər Əliyev oynadı.

O hələ 1969-cu ilin iyun ayında Azərbaycanda hakimiyyət başına gəldiyi ilk günlərdən - ilk addımlarından biri Azərbaycan dilinin saflığı uğrunda mübarizəyə başlaması oldu. Hətta, 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi təsdiq etdirdi.

Bu, çox böyük bir proses idi, yaşam idi. Yəni, bu gün biz deyəndə ki, o zaman necə idi, indi necədir,  o vaxt bax bu proseslər gedirdi. Bu proseslərin içərisində də, demək olar ki, Azərbaycan dilinin yenidən canlanması, mətbu dilin yaxşılaşdırılması, siyasi dilin saflaşdırılması var idi. 

Azərbaycan dili dövlət dili elan olunanda burada dövlətçilik məsələləri öndə dayanırdı. Bir sözlə, o zamanlar dövlətçilik terminləri, idarəetmə terminləri hamısı artıq yüksək status qazandı və Azərbaycan dili yenidən daha çox zənginləşməyə başladı.

Müstəqilliyimizin ilk illərində isə bəzi məsələlərdə itkilərə yol verdik, müəyyən qədər itirdik. İtirdiyimiz də nə idi? Birincisi, 15 respublikanın heç birində qonşu respublika ilə münaqişə, torpaq münaqişəsi olmadı, amma bizdə oldu. O vaxt bunun da səbəbi oldu ki, Heydər Əliyev Azərbaycanda olmadı. Hər bir respublikanın digər respublika ilə müəyyən ərazi mübahisələri var idi, bu, tarixən də olub, yenə də var idi. Ancaq orada ağsaqqalların öz yerində, o zaman o idarəçilərin hərəsinin xalqla, millətlə, camaatla bir yerdə olması səbəbindən  onların heç birində bu münaqişələr baş vermədi. 

Müxtəlif mərkəzlərdən idarə olunan kimlər tərəfindənsə bu münaqişələrə “təşəbbüs”x9d olundu, amma o “təşəbbüslərin”x9d reallaşmasına yol vermədilər.

Bizdə Heydər Əliyevin Azərbaycanda olmaması, Azərbaycan insanının, Azərbaycan dilinin, məişətinin, onun bütün nəyi varsa, qayğısına qalan insanın Azərbaycanda olmaması məhz bu fəlakətlərə gətirib çıxardı ki,  bu gün də biz ərazi məsələsini həll edib qurtara bilməmişik.  

Əlifbanın dəfələrlə dəyişilməsi Azərbaycan mədəniyyətinə, elminə, insanına çox baha başa gəlmişdi”x9d

Həmin dövrdə elə ilk addım olaraq əlifbanın dəyişdirilməsi söhbəti ortaya qoyulmuşdu və həll olunmuşdu. Heydər Əliyev bunu iki cür həll edə bilərdi. Birdən-birə yenidən köhnə əlifbaya qayıtmaq söhbəti olardı. Nə yaxşı ki, bunu etmədi. Nə yaxşı o davam olundu.  Baxmayaraq ki, əlifbanın dəfələrlə dəyişilməsi Azərbaycan mədəniyyətinə, elminə, insanına çox baha başa gəlmişdi. Yenidən o itkilər olmasın deyə, Ulu Öndər  dünyanın bir çox dövlətlərində qəbul olunan  latın əlifbasının  bizdə də qalmasına nail oldu. Digər sahələrdə isə yenə də elmin inkişafı, mədəniyyətin inkişafı və itirdiyimiz nə varsa, onların yenidən bərpa olunması mümkünləşdi.

Eyni zamanda,  nə yaxşı ki, 2003-cü ildən bu yana  onun siyasəti davam etdi. Bizim hörmətli prezidentimiz İlham Əliyev o siyasəti uğurla davam etdirdi və bu gün biz qətiyyətlə deyə bilərik ki, bu məsələlər çox müsbət bir məcrada davam edir, həll olunub.

 

“Azərbaycan xalqı öz mənəvi sərvətlərini qorumağa həmişə qadirdir və bu sərvətləri qoruyub axıra qədər saxlayacaq”x9d

 

Cəmiyyəti, hər birimizi narahat edən məsələlərə gəlincə isə  bunun çox böyük səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, dünyada qloballaşma gedir. İnformasiya vasitələrinin, demək olar ki, sürətlə yayılması - gün necə üfüqdən çıxan kimi əhatə etdiyi əraziləri işıqlandırır və sonra davam edir, eynilə indiki informasiya siyasətini də ona bənzətmək olar ki, o da gözləmir ki, haradasa nə isə bir proses getsin, dalınca başqası.

Ona görə bu qloballaşmada  insanlar baxıb görürlər ki, hansı ölkədəsə, haradasa o, siz dediyiniz kimi, bizim məfkurəmizə, bizim əxlaqımıza uyğun gəlməyən hallara,  məsələlərə yol verilir, bunlardan istifadə olunur.

Bunlar hamısı iqtisadi maraqlardır, yəni siyasi maraqlar, mənəvi maraqlar iqtisadi maraqlara qurban verilərək, bizim həmişə qoruyub saxladığımız müəyyən məsələlər yavaş-yavaş aradan qaldırılıb gedir.

Bunlar nədir? Abır-həyadır, ismətdir, bundan sonra məhəbbətdir, sevgidir, ailə münasibətləridir, nəslin sağlam davam etdirilməsi, böyük-kiçik məsələləridir. Bizdə həmişə, tarixən bütün Şərq aləmində həmişə böyüklər dediyini kiçiklər eşidiblər.

Amma indi görürsən bəzi məsələlərdə o informasiya vasitələrindən daha çox maraqlana bilən adamlar onunla maraqlanmayan adamlara irad tuturlar ki, mən səndən çox bilirəm. Halbuki informasiya elm deyil. Elm ayrı şeydir.

Bu məsələlərin özü  müəyyən mənada inkişafa müsbət təsir edir, yəni, dərhal məlumatlar almaq, müqayisələr etmək, ondan nəticələr çıxarmaq və sairə, ancaq çox məsələlərdə də öz ziyanlı tərəflərini göstərir. Çünki o məlumatların əksəriyyətinin elmə söykənməməsi onları bir qədər sınıq-salxaq  və etibarsız edir.  Burada da əslində hər şey bizim özümüzdən asılıdır, insanlardan asılıdır.

İnsanların bir qisminin xoşuna daha çox açıqlıq gəlir, bir qismi deyək ki, qapalılığı xoşlayır. Hər halda Böyük Yaradan Adəmlə Həvvanı yer üzünə endirəndə onların hər ikisi də ən böyük yarpaqlardan istifadə edərək, görünməsi lazım olmayan yerlərini örtmüşdülər.

Ancaq hansı ki, bəzi insanlar nümayiş olunması o qədər də uyğun olmayan yerlərini göstərməyə daha çox təşəbbüs göstərirlər. Bizim cəmiyyətimiz ”“ Azərbaycan cəmiyyəti hər halda buna hazır deyil və bunu qəbul etmir.


“Millət kökündən qopmamalıdır. Millət öz yaşıl yarpaqlarıyla sevinməlidir, amma kökünü möhkəm saxlamalıdır”x9d

 

- Belə olan halda, Azərbaycan xalqı öz milli və mənəvi sərvətlərini axıradək qoruyub saxlaya biləcəkmi?

 

- Mənə belə gəlir ki, həmin zərərli təşəbbüslər ayrı-ayrı kənar, xarici qüvvələrin təsiri ilə olur. Ancaq bütün hallarda Azərbaycan xalqı öz mənəvi sərvətlərini qorumağa həmişə qadirdir və bu sərvətləri qoruyub axıra qədər saxlayacaq.

 Azərbaycan mənəviyyatı, Azərbaycan adət-ənənəsi, Azərbaycan varlığı həmişə özünü müsbət mənada göstərəcək və bu iş davam edəcək. Xüsusilə, bizim indi xarici ölkələrə ali təhsil almağa gedən  gedən tələbələrimiz var. Onlarla biz çox ciddi məşğul olmalıyıq. Onların kökündən ayrılmamasına biz yol verməməliyik. Bir qədər kökündən ayrılan, demək olar ki, o, həmişə yıxılır. 

Məsələn, ağac yarpaqlanır, ağac yaşıllaşır və ayağına baxır, kökünə baxır ki, xoşuna gəlmir ”“ bombozdur, qapqaradır, filandır. Amma kökündən qopandan sonra yaşıl yarpaqlar da yox olur. Millət də belədir. Millət kökündən qopmamalıdır.

Millət öz yaşıl yarpaqlarıyla sevinməlidir, amma kökünü möhkəm saxlamalıdır. Millətin əxlaqında, tərbiyəsində, mənəviyyatında, ədəbiyyatında, kinosunda, teatrında nə varsa onlar müsbət mənada daha çox parlaq şəkildə özünü davam etdirməlidir və milli olmalıdır.

 

Kamil Həmzəoğlu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO