“Ailəm siyasi işlərə pul xərcləməyimdən narazıdır”  - RÜSTƏM İBRAHİMBƏYOV

“Ailəm siyasi işlərə pul xərcləməyimdən narazıdır” - RÜSTƏM İBRAHİMBƏYOV

Hazırda oxunan: “Ailəm siyasi işlərə pul xərcləməyimdən narazıdır” - RÜSTƏM İBRAHİMBƏYOV

30652

"Son bir-iki ildə mənim gəlirlərim yoxdur. Azərbaycanda iki il bundan öncə rejissor kimi, dəqiq xatırlamıram, 10, ya da 15 min manat qonorar almışam bir filmimə görə. Təqaüd alıram. Moskvada da dərs deyirəm, oradan da pul alıram”.

Moderator.az-ın məlumatına görə, bu sözləri "Meydan” TV-yə müsahibəsində Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov deyib. O bildirib ki, Moskvada aldığı maaşdan da Rusiya dövləti vergi tutur.

R.İbrahimbəyov deyib ki, bununla belə onun 10-15 il əvvəl qazandığı pullar var və indi də həmin pulları xərcləyir: "Axır vaxtlar təəssüf ki, məcburam bu siyasi işlərə də pul xərcləyəm və mənim ailəm bundan çox narazıdır. Çünki biz azərbaycanlılar siyasətdən çox danışırıq, ancaq işə gələndə əlini cibinə atan yoxdur”.

MŞ sədri deyib ki, indi həyata keçirdiyi xarici səfərlərə də öz pullarını xərcləmək məcburiyyətində qalıb. R.İbrahimbəyov onu da qeyd edib ki, prezident seçkilərində namizədliyini irəli sürəndə məmnuniyyətlə deklarasiyasını da elan edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO