“Bəzi insanların əfv sərəncamı ilə bağlı mövqeyi qərəzlidir, onlar düzələsi deyil”¦”x9d

“Bəzi insanların əfv sərəncamı ilə bağlı mövqeyi qərəzlidir, onlar düzələsi deyil”¦”x9d

Hazırda oxunan: “Bəzi insanların əfv sərəncamı ilə bağlı mövqeyi qərəzlidir, onlar düzələsi deyil”¦”x9d

172662
Azərbaycan Prezidenti İlham Əliyevin xa0martın 16-da imzaladığı növbəti əfv sərəncamı ilə xa0400-dən artıq insan azadlığa çıxıb.

Sonuncu əfv sərəncamında adları beynəlxalq təşkilatların siyahısında “siyasi və vicdan məhbusu”x9d kimi gedən xa07 nəfər də əfv olunaraq azadlığa çıxdı. Bundan əlavə, sonuncu əfv sərəncamı bundan əvvəlki sərəncamlardan xa0kütləviliyi, qadınların sayının çoxluğu, ömürlük həbs cəzası çəkənlərin uzunmüddətli azadlıqdan məhrum edilməsi ilə əvəzlənməsiylə də fərqləndi.

Baxmayaraq ki, bir çoxları xa0 beynəlxalq təşkilatların, eyni zamanda, Azətbaycanda xa0fəaliyyət göstərən bəzi xa0hüquq müdafiəçilərinin siyahısında, cəmiyyətdə tanınan şəxslərdən olan siyasi məhbuslar xa0İlqar Məmmədov və xa0digərlərinin azad olunmasını gösləsələr də, bu, olmadı. Və bu da müəyyən narazılıqlara və fikir ayrılığına yol açdı. xa0Ölkə başçısının əfv sərəncamı və bu ətrafda yaranmış müzakirələrlə bağlı Əfv Komissiyasının üzvü, YAP-çı millət vəkili Məlahət İbrahimqızına müraciət edik.

M.İbrahimqızının xa0Gununsesi.info-ya verdiyi müsahibəni təqdim edirik:

“Bu sərəncam xa0təkcə azadlğa çıxan məhkum və onların ailələrinin deyil, ümumlikdə cəmiyyətin xa0sevincinə səbəb oldu”x9dxa0
xa0
xa0-Məlahət xanım, Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını necə dəyərləndirirsiniz?

”“ Prezident tərəfindən imzalanan əfv sərəncamını tarixi bir sərəncam adlandırmaq olar. Çünki bu sərəncam ölkəmizdə xa0Əfv Komissiyasının 20 ildən artıq fəaliyyət göstərdiyi xa0müddətdə hazırladığı ən geniştərkibli və mükəmməl sərəncam idi. Ölkə başçısının sərəncamı ilə 400-dən artıq məhkum xa0bayram ərəfəsində azadlığa qovuşdu. Və onların ailələrin sevinc duyğularını da söz ilə ifadə etmək çətindir. Bu sərəncam xa0təkcə azadlğa çıxan məhkum və onların ailələrinin deyil, ümumlikdə cəmiyyətin xa0sevincinə səbəb oldu. Bu duyğunun isə qiyməti yoxdur. O baxımdan da, ölkə başçısının bu xa0humanist addımının dəyərini vermək çətindir”¦

“İmzalanmış əfv sərəncamı ilə xa0məhkumlar xa0arasında ayrı-seçkilik salamaq istəyənlər var”x9d

-Bu sərəncam digərlərindən kütləviliyi ilə xa0fərqlənsə də, xa0yenə də birmənalı qarşılanmadı”¦

”“ Təəssüf edirəm ki, bəzi insanlar, bəzi media qurumları xa0bu sərəncamı birmənalı qarşılamayıb. Müxtəlif fikirlər səslənir. İmzalanmış əfv sərəncamı ilə xa0məhkumlar xa0arasında ayrı-seçkilik salamaq istəyənlər var. xa0Komissiya üzvü xa0kimi deyə bilirəm ki, daxil olan 900-dən artıq müraciətin arasından obyektiv və Komissiyanın əsasnaməsinə uyğun şəkildə araşdırlaraq seçilib və nəticədə 400-dən artıq məhkum azadlığa çıxıb. xa0500-ə yaxın xa0məhkumun azadlığa çıxması elə bir yaşayış mənətəqsinin əhalisi deməkdir. Çünki xa0bu insanlara bir nəfər kimi baxmaq düz deyil. Bunların ailələri, yaxınları var. Görün, nəticədə nə qədər insan edir. Bundan əlavə, bu sərəncam əvvəklilərdən tərkibinə görə də fərqlidir, burada müxtəlif xa0kateqoriyalar əhatə olunub”¦

“Əfv Komissiyasında xa0məhkumun məsələsinə siyasi mənsubiyyətinə görə baxılmır”¦”x9d

”“ Bu insanlar ona görə fərqli mövqe sərgiləyirlər ki, xa0ən azından adları beynəlxalq təşkilatların siyahısında olan xa0məhbusların azadlığa çıxacağı gözlənilirdi, ancaq bu, olmadı. Məsələn, İlqar Məmmədov və digərləri”¦

-Çox xa0təəssüf ki, Azərbaycandan kənarda- xarici ölkələrdə, xüsusən, Avropada xa0fəaliyyət göstərən bəzi xa0beynəlxalq QHT-lər xa0ölkəmizdə xa0olan bir qrup insanın vasitəsi ilə hələ də xa0Azərbaycan üzərində eksperimentlərini davam etdirmək istəyirlər. Bu günə kimi “siyasi məhbus”x9d adının konkret olaraq kimlərə şamil edilməsi xa0bəlli olmadığı halda, bu xa0təcrübəni Azərbaycan üzərində tətbiq etməyə çalışanlar var. xa0Sizə onu deyim ki, Əfv Komissiyasında xa0məhkumun məsələsinə siyasi mənsubiyyətinə görə baxılmır. Onun törətdiyi cinayətin xa0təhlükəliliyinin səviyyəsinə görə baxılır. Məhkum ola bilsin bitərəf də ola bilər, hər hansı siyasi qüvvənin, hətta, iqtidar partiyası olan YAP-ın da”¦

Hər kəs sonda vətəndaşdır və hər kəs də törətdiyi əmələ görə cəzasını çəkməlidir və çəkir də. Əfv Komissiyası da xa0qanunlar və əsasnaməsi çərçivəsində fəaliyyət göstərir. Ora daxil olan müraciətləri xa0komissiyanın xa0fəaliyyət prinsipinə uyğun şəkildə araşdırır və ölkə başçısıan təqdim edir. Çünki əfv sərəncamını ölkə başçısı öz konstitutsion hüquqlarına xa0uyğun şəkildə xa0imzalayır. Yəni, məhkumun əfv olunması və azadlığa çıxmasının müəyyən şərtləri var və buna əməl olunur. Məhkum ən azından cəzasının müəyyən hissəsini çəkməli və bundan əlavə olaraq, xa0qarşı tərəf də buna razı olmalıdır. Elə olur ki, məhkum cəzasının mütləq əksəriyyətini çəkir, hətta, cəzanın xa095 faiz hissəsindəm çoxunu çəkəni də xa0var, ancaq qarşı tərəf buna razı olmur. Belə olan halda, Əfv Komissiyası onun məsələsinə baxa bilmir və məhkuma xa0müsbət rəy verməkdə çətinlik çəkir.

“”¦Bu insanların ağzı yaxşılığa doğru açılmayacaq”x9d

Komissiyanın prinsipi o deyil ki, bir tərəfə humanizm xa0tətbiq etsin, zərəçəkən tərəfin isə xa0hüququnu tapdalasın. Bu, belə olmur. Belə olanda qarşı tərəfin də razılığı olmalıdır. Ona görə də hesab edirəm ki, bu insanların xa0əfv sərəncamı ilə bağlı mövqeyi tam qərəzlidir. Onlar düzələsi deyil”¦ xa0Və onlardan bundan sonra da nəsə gözləməyə dəyməz”¦ Bu insanlar xa0Azərbaycan iqtidarı, şəxsən xa0Prezident İlham Əliyevin xa0həyata keçirdiyi humanist siyasətə xa0qarşı qərəzli mövqe tuturlar. Bu insanların ağzı yaxşılığa doğru açılmayacaq. O baxımdan da, xa0onların nə dediklərinə əhəmiyyət vermədən Əfv Komissiyası xa0fəaiyyətini davam etdirir. Ölkə başçısı da humanist siyasətini davam etdirərək, mütəmadi olaraq əfv sərəncamlarını verir və biz bundan sonra da çoxsaylı belə əfv sərəncamlarının şahidi olcağıq. Son olaraq fürsətdən istifadə edib azadlığa çıxan məhkumları və onalrın ailələrini təbrik edirərm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO