“Avropanı qan içində boğmuşuq”x9d - Âxa0Rusiyalı səfir

“Avropanı qan içində boğmuşuq”x9d - Âxa0Rusiyalı səfir

Hazırda oxunan: “Avropanı qan içində boğmuşuq”x9d - Âxa0Rusiyalı səfir

154380

Dünya gərgin siyasi qarşıdurma dövrünü yaşayır. “Soyuq müharibə”x9d bitdikdən sonra tərəflər arasındakı bugünküxa0 gərginliyi “Karib krizisi”x9d ilə müqayisə etmək olar. O zaman bəşəriyyət Üçüncü Dünya müharibəsinin bir addımlığında idi. Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı olduğu gündən bəri Rusiya- ABŞ qarşıdurması artan xətt üzrə sürətlə inkişaf edib və Suriya müharibəsi onu pik nöqtəsinə çatdırmaq ərəfəsindədir desək, yanılmarıq.


Moderator.az dünya səviyyəli siyasət adamlarının son vaxtlar mətbuata verdikəri müsahibələrixa0 diqqətinizə çatdırmaqlaxa0 yaranmış vəziyyətin tarixi, siyasi, psixoloji tərəflərini, eyni zamanda qarşıdakı təhlükənin ciddiliyini göstərməyi məqsədəuyğun hesab edir.


Bugünədək Çörçilin nəvəsi, Britaniya parlamentinin üzvüxa0 Nikolas Soamsın, İsrailin keçmiş prezidenti, dünya səviyyəli siyasət adamı Şimon Peresin müsahibələrilə tanış olan oxucularımıza Rusiya Fedrasiyasının BMT-dəki fövqəladə və səlahiyyətli səfiri Vitali Çurkinin “Cerelo Novin”x9d saytına verdiyi müsahibəsini təqdim edirik. Hansı tərəfin haqlı olduğunu, sülh mövqeyindən kimin çıxış etdiyini müəyyənləşdirməkdə təqdim etdiyimiz müsahibələrin yardımçı ola biləcəyinə ümid edirik.


xa0Image


- Vitali İvanoviç, Siz indicə Rusiyanın siyasi iradəsini ifadə etdiniz. MH17 qəzasının (Ukrayna səmasında vurulmuş Malayziya sərnişin təyyarəsi nəzərdə tutulur- tərc.) təhqiqatı üzrə tribunalla əlaqədar BMT TŞ-nin qətnaməsinə veto qoyduğunuzu elan etdiniz. Moskvanın bu qərarı nə ilə diqtə olunur?


- Ona görə ki, Rusiyanı ittiham etmək Sizə düşməz. Sizə yox. Mənim üçün və Rusiya höküməti üçün, Vladimir Putin üçün ”“ Rusiya hər şeydən üstündür. xa0Rusiyanı nəyə görə mühakimə etməlidirlər?xa0

- Sizxa0əvvəldən xa0hesab edirsiniz ki, MH17 reysinin fəlakətində Rusiyamı müqəssirdir?

-Bax, bircə özünüzdən günahsız obrazı yaratmayın. Bəzən yüksək siyasətin qurbangahına böyük qurbanlar verməli olursan. Məsələn, Cənubi Koreya təyyarəsilə insident baş verəndə ( 1983-cü il 01 sentyabrda SSRİ tərəfindən vurulan sərnişin təyyarəsi nəzərdə tutulur) mən ABŞ-da SSRİ səfirliyinin katibi idim. Mənə sovet vətənimin maraqlarını açıq müdafiə etmək kimi şərəfli bir vəzifə düşmüşdü.


- Axı, Cənubi Koreya “Boinq”x9dinin sovet qırıcıları tərəfindən vurulması sübut olunub və Rusiya özü bunu etiraf edib...


- Onlara nə lazım idisə onu sübut etdilər, bu həmişə belə olub. Bundan sonra qoy bilsinlər ki, SSRİ-də olduğu kimi, Rusiyada da istər hərbi,xa0 istər mülki olsun, bizə şübhəli görünən istənilən təyyarəni yenə vuracağıq.xa0 Biz necə lazımdır cavab vermişik, cavab verəcəyik də... Qoy bilsinlər.


- Vitali İvanoviç, “onlar”x9d dediyiniz kimlərdir, “lazım olanı sübut edənlər”x9d və “qoy bilsinlər”x9d deyəndə kimi nəzərdə tutursunuz?


- Bilirsiniz, mən Moskvada ingilisdilli orta məktəbdə oxumuşam. Məktəbin direktoru onlardan idi,xa0 badamaoxşarxa0 gözlərində əbədi kədər olanlardan (yəhudiləri nəzərdə tutur ). Məni, onuncu sinif şagirdini “karyerizmdə”x9d ittiham edib qızıl medal almağa qoymadı. Beləcə həyatda onlarla gedirik, mən və onlar. Hamısı da paxıllıqdan. Onların bu gün Rusiyanın, Putinin, hakimiyyətin əleyhinə istənilən çirkabı yaxa biləcəklərini anlamaq çətin deyil. Onların içində bircə İosif Davıdoviç Kobzon normal adamdı, onu da elə zəhərləyiblər ki, müalicəsiz ölümə sürükləyəcəklər. Mən zəruri olan nədisə onu edirəm ”“ Putinin əmrini yerinə yetirirəm və deməli Rusiyanın əmrini yerinə yetirmiş oluram.


- Belədirsə tribunalın nə ziyanı var, əgər...


Bizim tribunal deyilən marağımız yoxdur. Bu, şəxsən Vladimir Putinə qarşı təxribatdır, uşağa da aydındır, amma hamı müştəbehlik edir, o cümlədən də Siz. Tutaq ki, təyyarə rus raketilə Donbasın ərazisindən vurulub, amma kompleksin operatoruxa0 Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olub? ABŞ-a belə fərziyyəyləxa0 tribunal lazımdır?


- Elə ABŞ da istəyir ki...


- Hə, onlar bu yolla Rusiyanı küncə sıxmaq istəyirlər. Hamısını özləri quraşdırıb, tankları Pribaltikada yerləşdirirlər. Gəlb çatdılar, görək necə yerləşdirirlər...


- Yaxşı deyək ki, ABŞ məkrlidir, bəs Niderland, Malayziya, Ukrayna?


- Heç bir Ukrayna yoxdur - ABŞ-dan asılı ərazilər var. Hollandlara bir bax, hesab edirəm ki, tamam qudurublar, onların istixana şəraiti Rusiyadadır, bax indi adbaad araşdıraq, bu maliyyə hardandı, çiçəkdən, ticarətdən, aparaturadan?xa0 Bağlayarıq, kəsərik o kislorodu, qoy rədd olsunlar evlərinə, orda sui-qəsdxa0 düzəltsinlər. Sümüklərin üzərində rəqs oynayırlar, iyrəncliyə bax. O ki, qaldı malayziyalılara, özlərini abırlı aparsınlar, bizim Müqəddəs Vladimir Çarqradaxa0 hücum edəndə onların əcdadları palma ağacının qabığını soyub yeyirdi.


- Yaxşı, olsun, bəs Sizin üçün nüfuz sahibləri varmı, deyək ki, hər halda ABŞ prezidenti, Almaniya kansleri, yenə də dialoq yaratmağa cəhd etdilərmi?


- Adlarını çəkdikləriniz nüfuzlu şəxslər deyil, dəqiq bilin. Kimi nümunə göstərirsiniz, Obamanı? Onun xidmətləri tamam şişirdilib, hə gettodan (düşərgə tipli ərazi) çıxmağına qalsa, bax bu Amerika üçün nəsə yenilikdi. Bəxti gətirdi onun, o hara, Klinton hara, Romni hara (Mitt Romni Amerika siyasətçisi, 2012-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizəd), sadəcə Bilderberq klubu (Bilderberq klubu xa0ildə bir dəfəxa0qeyri-rəsmi çağrılan konfransdır,130 iştirakçı olur, dünyanın gedişatına təsir etmək imkanları olan siyasət, biznes, KİV rəhbərləri üstünlük təşkil edir. Kissencer, Rokfellerlər, Nakamura, Bzejinski kimi məşhur siyasətçilər klubun üzvləridir) onu prezident kreslosuna oturtdu, çünki sözəbaxan, özünəvurğun, uzaqgörən olmayanın birisidi. Axı Amerikada seçkilərdə Rusiyada olduğu kimi adamlar deyil, avtomatlar səs verir.


- Necə yəni uzaqgörən deyil, hər halda Harvardı bitirib...


- Harvard hələ göstərici deyil. Oranı Navalnıy, Qaydar da qurtarıb, hansı nəticə var ki? Biri imza toplaya bilmir, o biri faşistlərə xidmət edir. Bax, mən Moskva Beynəlxalq Əlaqlər İnstitutunda oxumuşam, həm də Andrey Kozırevlə birlikdə, amma o milli satqın oldu. Ona görə də Harvard hələ keyfiyyətin zəmanəti deyil. Qəflətən yaxşı basketbol oynamağa başladı? Hanı onun o tərifli təyyarələri, tankları, gəmiləri, raketləri, sputnikləri, dəniz piyadaları? Belə çıxır ki, Obama Avropada bəzi işlər gördü və kənarda, qapı dalında gizləndi. O ki, qaldı Merkelə, hələ Brisbendə Vladimir Vladimiroviç ona nə lazımdısa başa salıb. Merkel davakar yaşlı arvaddı,xa0 istəyirdi ki, yekə loxma udsun. Ümumiyyətlə, Avropada kimi istəyirsən götür - əsasən hamısıxa0 siyasi xadim adına eybəcər karikaturadırlar, satqın klounlar, qorxaq zəlillərdir.


- Vitali İvanoviç, görünür ki, hər halda Rusiyanın vetosuna baxmayaraq Təhlükəsizlik Şurasında tribunal yaradılacaq. Rusiya necə reaksiya verəcək?


- Nə istəyirlər, qoy yaratsınlar. Biz Putinin əmrlərini yerinə yetiririk, bir addım da geriyə olmaz, ancaq irəli. Qoy indi özləri üçün İsraildə, Amerikada fikirləşsinlər. Bizim öz metodlarımuz, öz alətlərimiz var. Müharibədirsə müharibədir, orda bütün üsullar yaxşıdır, biz onların səhvləri, tələsik qərarlarına görə Avropanı dəfələrlə qan içində boğmuşuq. Yeri gəlmişkən, bizim görkəmli tarixçimiz, məşhur qərbçimiz, professor Aleksey Miller də deyir ki, Rusiyasızxa0 Avropada heç nə həll edə bilməzlər. Rusiya isə, birinci növbədə Putindir, qoy avropalılar, elə amerikalılar da, bunu burunlarına soxsunlar, necə ki, burunları yekədi deyəxa0 hər yerə soxurlar.


- Siz dedikləriniz təəccüb ediləcək dərəcədə cəsarətlidir, heç nədən qorxmursunuz ki?


- Mən diplomatam. Nüvə ölkəsini təmsil edirəm. Böyük Putini, Rusiyanın xilaskarını təmsil edirəm. Kim mənə nə edə bilər?xa0 Mən istəsəm iclas zalında dəyirmi masa arxasında kamarin rəqsini oynayaram, istəsəm Təhlükəsizlik Şurasında kiminsə üzünə tüpürə bilərəm. Nə olsun? Hər kəs öz yerini bilməlidir. Kim ki, bizə “Boinq”x9dxa0 istiqamətləndirir, o da başına gələnlərə görə günahkardır. Bunu dərk etməyin vaxtıdır.

xa0



Tərcümə edən: İlham İsmayıl

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO