"Qərbdə elm ordusunun başında həmişə ya şir, ya da akula dayanır"

Hazırda oxunan: "Qərbdə elm ordusunun başında həmişə ya şir, ya da akula dayanır"

140791










İyunun 15-də 75 yaşı tamam olacaq görkəmli alim, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-ın bir neçə sualını cavablandırıb:

Müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/140131.html


- Şahlar müəllim, min il öncə elmin cəmiyyətdə yerini dahi Nizami dəqiq  ifadə etmişdi: “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”x9d.  Bəs sonralar İslam dünyası elmdə niyə geridə qaldı. Səbəb nədir? 

- Bu mürəkkəb sualın cavabını çox insanlar bilmək istəyərdi. Ancaq dərindən inanıram ki, islam dininin bu işdə günahı yoxdur. Fizika sahəsində Nobel mükafatı almış  pakistanlı Əbdüs Səlam “İde-allar və gerçəkliklər”x9d kitabında elm və İslam dinin münasibəti haqda dəyərli fikirlər bildirir: “Orta əs-rlərdə elmin ağırlıq mərkəzi İslam dünyasında idi”¦Quranın  yeddi yüz əlli ayəsi ”“təxminən səkkizdə biri ”“ inananları təbiəti araşdırmağa, həqiqət axtarışında ağıllarını ən yaxşı şəkildə istifadə etməyə, bi-lik əldə etməni və elmi düşüncəni ictimai həyatın bir parçası halına gətirməyə sövq edir”x9d.        
Məncə ümumi halda həyatda, xüsusi halda elmdə geriliyin səbəbini tapmaq üçün, əvvəlcə, başqa bir suala cavab axtarmaq lazımdır: həyatın mənası və məqsədi nədir? 
Bir çox filosoflar hesab edirlər ki, həyatın mənası nəsili yaşatmaq, məqsədi isə xoşbəxt yaşamaqdır. Özünü yaşatma məsələsində Şərq və Qərb toplumları fərqli potensiala malikdirlər. Burda coğrafi faktorun rolu inkaredilməzdir. Şərqlə müqayisədə Qərbin coğrafiyası qeyri münbit torpağa və az günəşli günlərə malikdir. Şərqdə əhalinin özünü təbiət hesabına rahat yaşatmaq potensialı daha çoxdur. Qərbdə isə bu potensial azdır. Ona görə Qərb bu azlığı kompensasiya etmək üçün dahi Nizaminin göstərdiyi elm yolun seçdi və  elmə üstünlük verdi.  Burdan belə nəticə çıxarmaq olar ki, Qərbin və Şərqin yaşam fəlsəfələri müxtəlifdir. 

- Qeyd etdiniz ki, Qərbin və Şərqin yaşam fəlsəfələri müxtəlifdir. Bu fərqə aydınıq gətirmək olarmı?

- Bunun üçün Şərq və Qərbin iqtisadiyyatına diqqət yetirmək lazımdır. Şərqdə iqtisadiyyat  ticarət üzərində qurulub, Qərbdə isə sənaye istehsalı üzərində. Ticarətin elmə, alimə ehtiyacı yoxdur. Sənaye isə tamam elmdən asılıdır və diqqət mərkəzindədir. Bu səbəbdən də alimlər də diqqət mərkəzindədir. Mindiyiniz avtomobillərə fikir verin. Hər il yeni modellər satışa çıxarılır. O modelləri yeniləşdirən də əsasən elmdir.

- Nobel mükafatlı türk alimi Əziz Sancar bu il may ayında Türkiyənin Yıldız Texniki Universitetinin keçirdiyi bir tədbirdə bildirdi ki, Türkiyə də daxil  bütün İslam dünyası son 500 ildə elmə töhfə verməyib. Bu qənaətlə razısınızmı? 

- Mən də öz yazılarımda bu gerilikdən və onun səbəblərindən yazmışam. Orta əsrlərdə İslam aləmi dünyada cərəyan edən hadisələrdə subyekt kimi çıxış edirdi, obyekt  kimi yox. Konstinopolun fəthini yada salmaq kifayətdir. Ancaq son 5 əsrdə İslam dünyası geriləyərək, dünyəvi proseslərin obyektinə çevrilib. Əslində İslam dünyası geriləmədi. Sadəcə Qərb dünyası sürətlə tərəqqi etdi.
Əziz Sancardan da çox qabaq oxşar fikirləri Əbdüs Səlam yuxarıda adı çəkilən kitabında söyəmişdi. O, İslam dünyasında elmin geriliyini aradan qaldırmaq üçün bütün müsəlman dövlətlərinin başçılarına, din xadimlərinə, zəngin insanları elmə kömək etməyə çağırmişdı:  “”¦ona görə yox ki, bu, bizim müqəddəs kitabımızda Allah tərəfindən buyurulub, ona görə yox ki, bunu Həzrəti Peyğəmbərimiz bizə məsləhət görür, ona görə yox ki, elm iqtisadiyyatdır, elm gücdür, elm silahdır. Ona görə ki, Qərb alimləri qarşısında xəcalət tərimizi silək. Bizlər hətta xəstələnəndə onların "aspirin"-indən, "pensilin"-indən istifadə edirik”x9d. Göründüyü kimi həm Əziz Sancar, həm Əbdüs Səlam Nobel zirvəsindən İslam dünyasının baxanda, elmin, tərəqqinin nisbi geriliyini çox aydın görmüşlər. 

- Hər il fundamental elm sahəsində ən güclu elmi nəticələr Nobel mükafatına layiq görülür. İslam dünyasından bu mükafata neçə alim alıb? 

- İslam dünyasından dəqiq elm sahəsində Nobel mükafatını cəmi üç alim alıb.  Fizika sahəsində pakistanlı Əbdüs Səlam, kimya sahəsində misirli Əhməd Zaveyl  və  türkiyəli Əziz Sancar. Bu alimlərin heç biri müsəlman universitetləri adına yox, Qərb universitetləri adına mükafat alıblar. Qərbdə elm dərk edilmiş güc mənbəyi sayılır. Acı da olsa qeyd etməliyik ki, hələ heç bir İslam universitetlərində alınan nəticəyə Nobel mükafatı verilməyib.  Gerilik göz qabağındadır.

- İslam dünyasının elmdə geri qalmasına Əhməd Zevayl  da münasibət bildiribmi? 

- Əbdüs Səlamın keçirdiyi hisləri Əhməd Zevayıl da yaşayıb. Onun “Gələcəyə addımlar”x9d kitabında bu geriliyin üç əsas səbəbi göstərilir: a)  təhsil, b) idarəetmə, c) hüquq. 
Elmdən söhbət gedəndə təhsildən danışmamaq mümkün deyil. Bəzən bu anlayışları dolaşıq salırlar. Təhsil ta qədimdən bu günə kimi məlum bilikləri öyrədir və qapalı sistemdir. Elm məlum olmayan bilikləri əldə edir və açıq sistemdir. Elmin sərhədi yoxdur. Təhsili zəif ölkənin elm necə güclü ola bilər ki?!  Əlavə edim ki, Lui Pasterə görə  “Elmdə uğur (bəxt), hazırlıqlı ağılın qarşısına çıxır”x9d.  Bu ağılı alimə keyfiyyətli təhsil verməlidir. Bizim orta məktəblərini verdiyi bilik TQDK ”“ya görə 700  bala qarşı təqribən 250-dir. Yəni çox zəifdir. Ali təhsildə də vəziyyət ürək açan deyil. İslam dünyasında reytinqi birinci yüzlükdə olan bir dənə də universitet yoxdur.  Üstəlik qərb məktəblərində biliklərin ötrülməsinə və  tədrisi metodikasının  müasirləşməsinə  ciddi diqqət var. Bizdə isə bu işdə biganəlik mövcuddur. Dünya dəyişir, amma biz bu dəyişən dünyada köhə metodika ilə, köhnə dərsliklərə dərs veririk. Bu sahədə akademik səviyyədə tədqiqatlar aparılmır. Səhvlər çözülmür, ildən ilə ötürülür. Problemin həllinin yarısı, səhvin qəbul edilməsindədir.

- Elmin idarəçiliyi Əhməd Zevaylın siyasında 2-ci yerdə idi...

- İdarəetmənin əhəmiyyəti dünyada hamı tərəfindən qəbul edilir. İdarəetmə son 200 ildə bəşəriyyəti inkişafına güclü təkan verən radio, telefon, tranzistor, kütləvi qırğın epidemiyaların qarşısını alan tibb dərmanlar və kompüter kimi kəşflərdən biri  sayılır. İdaredici ilə bağlı Napoleona istinadən deyilir ki, qoyunlardan təşkil olunmuş ordunun başında şir duranda ordu şir ordu olar. Qərbdə elm ordusunun başında həmişə ya şir, ya da akula dayanır. 

- Ə.Zevaylın siyasında 3-ci yerdə  hüquq dururdu. Hüququn elmdə rolu haqda nə deyərdiniz?

- Bu suala akademik Y.D.Xaritonun fikri ilə cavab verərdim: “Elm ”“ordu deyil, burda əmrlə az şeyə nail olmaq olar. Elmi yaradıcılığın ən effektli idarəetmə rıçaqı ”“ problemlərin demokratik müzakirəsidir”x9d.  Yəni inzibati idarəçilikdən fərqli olaraq elmdə bütün təyinatlar, seçimlər müəyyən qanun çərçivəsində demokratik yolla olmalıdır. Demokratik seçim olmayanda elmi inkişaf etmir, ona xeyir verə bilən kadr kənarda qalır. 

- Dediklərinizə misal gətirə bilərsinizmi?

- 1987-ci ildə Moskvada 70 ildə sovet elminin nailiyyətləri əks olunmuş kitabı çap olunub. Bu kitabında iki azərbaycanlı alimin  adı keçir: prof. Emin Tağıyev və prof. Oktay Hüseynov. Bizim AMEA-nın yüzlərlə üzvlərinin adları o kitabda yoxdur. Amma nə Emin Tağıyev, nə də Oktay Hüseynov Akademiyanın üzvü olmayıblar. (Qeyd edim ki, Emin Tağıyev üç dəfə Stalin Mükafatı almış və indiki Dövlət Neft və Sənaye Akademiyasını bitirmişdi).  Elmdə himayədarlıq akademik mühiti korlayıb. Dəyərli və yaradıcı alimlər akademiyadan kənarda qalır. Elmdə partlayış yarada bilən alimlər məşhur və ya varlı ailələrin içərisindən yox, adətən gözlənilməyən ailələrin içərisindən çıxır.  Deməli, AMEA söykəndiyi hüquqi normalar qüsurludur. 

- Təhsil sahəsində də hüquq qıtlığı varmı?

- Ali məktəblərə tələbə qəbulunun da mükəmməl hüquqa ehtiyacı var. Tələbə arzu etdiyi ixtisası özü seçməlidir. Çünki gənc sevdiyi ixtisası öyrənəndə yorulmur. Yorulmadığına görə vaxtdan səmərəli istifadə edir, gecəni gündüzə qatıb  ixtisasını mükəmməl öyrənir.  İxtisas seçimi hüququ təmin edilməyəndə oxumaq əzaba çevrilir.  İxtisas seçim azadlığı olmayan bir ölkədə gənclər əzabla,  olanlarda isə sevinclə təhsil alırlar. Gənclər sevmədiyi ixtisası öyrənmirlər. Vaxtını boş keçirir, nəticədə tənbəlləşir. Yekunda bir tərəfdən millət savadsızlaşır, digər tərəfdən də gənc tənbəlləşir. Neçə ki, bu hüququ gənclərə verməmişik, inkişafımız ləng gedəcəkdir. İxtisas seçimində olan qüsurlar da elmin inkişafına zərbə vurur. Elm təhsilin içindən göyərir. Gəncləri əzabdan qutarmaq üçün və ümummilli tərəqqiyə nail olmaq üçün, gənclərə seçim hüququnu tanımaq lazımdır. Bunun üçün universitetlər giriş qapılarını geniş, çıxış qapılarını isə dar açmalıdırlar.  

- Tərəqqidə, elmdə geriqalmanın yəqin ki, başqa səbəbləri də var...

- Əlbət ki, var.  Birinci toxunmaq istədiyim səbəb  təhsil ocaqlarının strukturu ilə bağlıdır. Bilikləri öyrədən qurumların (məktəb, universitet, mədrəsə  və b. k)  quruluşu baxımından  İslam dünyasının seçdiyi yol hesab edirəm ki, düz olmayıb. Qərb dünyası təhsili və elmi inkişaf etdirmək üçün çoxlu alimlərin birgə fəaliyyət göstərdikləri təhsil ocaqları ”“universitetlər qurublar. İslam dünyasında  isə hərtərəfli mükəmməl biliyə malik alim (N.Tusi, İbni Sina, əl Burini, Uluq bəy  kimi)  üzərində  mədrəsələr qurublar. Bu struktur fərq Qərbi çox inkişaf etdirdi və Şərqi isə geri saldı. Çünki, alim doğulandı və öləndi. Universitetlər isə ölməzdi. Deməli, elm öyrənmək üçün Şərqdə gəncləri fərdə (ölənə), Qərbdə isə kollektivə (ölməyənə) etibar ediblər. Şəxsiyyət ətrafında yaranan mədrəsənin yaradıcısı dünyasın dəyişəndən sonra qurum  və onun kitabxanası dağılır. Ancaq universitet ölmədiyindən əksinə, zaman keşdikcə, biliklər kitabxanalarda toplanır və universitetlər inkişaf edir. Universitet kitabxanaları elmi bilikləri nəsildən nəsilə ötürür və elmdə varisliyi təmin edir.  
Toxunmaq istədiyim ikinci səbəb  elm ocaqlarının maliyyələşməsi ilə bağlıdır. Müasir müsəlman cəmiyyətlərində elmin maliyyələşməsi yetərincə deyil. Maliyyələşmə prinsipləri elədir ki, elm yox, kvazielm inkişaf edir. Dəqiq qanunçuluğa və idarəetməyə ehtiyac var. Qərb ölkələrində siyasət və iqtisadiyyat bir birinə kömək edərək sənaye nəhəngləri (“Bell Telefon Lab”x9d, “İBM”x9d kimi ) yaranmasına nail olmuşlar. Bu qarşlıqlı təsirin nəticəsində həm də dövlət quruluşu təkmilləşmiş və   liberal dəyərlərlə zənginləşmişdir. Belə sənaye nəhəngləri həm də elmi maliyələşdirir, böyük alimlər ordusu saxlayır. Qeyr etmək kifayətdir ki, elektronika sahəsində Nobel mükafatı almış alimlərin bir çoxu ( L.Esaki, A.Müller, V.Brattain, İvar Giaever, Jack S.Kilby) universitetlərin, akademiyaların yox,  özəl şirkətlərin əməkdaşları olublar. Postsovet məkanında elm belə şirkətlərin maliyyəsindən  mərhumdur. Çünki, sadəcə belə şirkətlər yoxdur. 


- Şahlar müəllim, bilik nədir?

- Şərqdə və Qərbdə “bilik”x9d anlayışına münasibət kifayət qədər fərqlidir. YUNESKO - nun qəbul etdiyi tərifə görə: “Bilik hiss üzvlərimiz və təcrübə vasitəsi ilə əldə etdiyimiz bütün məlum olanlardır”x9d.  Bu tərifə ateistik tərif də demək olar. İslami tərifdə isə deyilir: “Bilik hissin, təcrübənin və vəhyin subut etdiyi bütün məlum olanlardır”x9d. Bu tərifdə Allaha, axirətə, peyğəmbərlərlə bağlı olan nə varsa, bunlar da bilik hesab edilir. Göründüyü kimi biliyə baxışlar və bu səbəbdən də nəticələr müxtəlifdir. Qərb dünyasındə belə bir atalar sözü də var: « Allaha ümud olanlar, çılpaq oturarlar». Allaha ümüd olmaq, İslam dünyasında elmi axtarışları passivləşdiribdi.  

- Bəs, MDB məkanında elmin vəziyyəti necədir? 

- Elmi təşkilatlar yeni quruluşun ruhuna uyğun təşkilanlanmalıdırlar.. MDB məkanının bir çox dövlətlərdə Təhsil Nazirliyi,  ELM və Təhsil Nazirliyinə çevrilibdir. Bu gün AMEA həm formacan, həm də məzmunca islahata getməsinə ehtiyac var.  Bu səbəbdən də  elmi mərkəzlər yavaş-yavaş ali məktəblərə tərəf səmtləşirlər .

- Qayıdaq öz ölkəmizə. Bizdə elmin vəziyyəti  necədir?

- İslam ölkələrində olduğu kimidir. Bizdə elm dölətin himayəsi altındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir”x9d- kəlamı Akademiya üçün böyük dəstəkdir. İnanıram ki, AMEA-ın prezidenti bu dəstəkdən istifadə edərək ciddi islahat apara bilər. Elə etmək olar ki, elm adamları da idmançılar kimi Azərbaycanı dünyada şöhrətləndirə bilsin. 
İnkişaf zəncirinə diqqət yetirsək görərik ki, təhsil elmi, elm texnologiyanı, texnologiya texnikanı, texnika sənayeni, sənaye isə iqtisadi inkişaf etdirir. Yüksək iqtisadiyyat isə firəvan həyat deməkdir. Bu həyat zəncirinin hər halqası önəmlidir. Təbiət elimlərinin əsas məqsədi texnoloji məhsul  yaratmalıdır. AMEA o elmi, o alimi himayə etməlidir ki, onun elmi nəticələri texnologiya yarada bilir.  Təəssüf ki, üzərində “Made in Azerbayijan”x9d sözü yazılmış məhsul sayı azdır. Çünki, öz texnologiyamız yoxdur.

- Texnologiya nədir? Texnologiyanın tərifi varmı?

- Mənim düşüncəmə görə “təbiət qanunlarını  süni obyektlərin hazırlanmasına  yönəldilməsi texnologiyadır”x9d.  Ancaq Manuel Kastellsə görə  texnologiya ”“vasitə, qayda və prosedurların elə cəmidir ki, onların köməkliyi ilə elmi biliklər  qarşıya qoyulan məsələnin təkrarlanan həllində tətbiq olunur.   

- Yüksək texnoloji məhsula qarşı qoyulan təlabat nədən  ibarətdir?

- Müasir dövrün təlabına görə müasir texnoloji məhsulu metal tutumlu, enerji tutumlu yox, elmi tutumlu olmalıdır. Elm yüksək texnoloji məhsul istehsalına kömək etməlidir, amma edə bilirmi?  Bizim alimlərin və ya məmurların hər birinin geyminə diqqət yetirsək görərik ki, ayaqdan başa kimi hər kəsin əynində ölkədə istehsal olunan bir şey yoxdur.
Əgər bayramlarda  ana və bacılarımızı holland qızıl gülləri ilə təbrik ediriksə, onda yerli qızıl gül bazarı, sənayesi, bioloji texnologiya inkişaf edərmi? Bizim torpaqda da qızıl gül bitirir. AMEA bu işə dəstək versə biologiya elminin bir qanadı iqtisadi dəstək tapa bilər. 
İzrailın 9 -cu prezidenti Şimon Peres Ukraynada etdiyi çıxışda bizim üçün də maraqlı fikirlər var:   “bizdə silah olmadığından onu istehsal etməyə başladıq. Ordunu inkişaf etdirmək üçün İT inkişaf etdirməli olduq. İsrailin İT sektoru orduya işləyirdi. Çünki düşmən əhatəsində tək idik”x9d. Aydındır ki, istənilən silahın müəllifləri alimlərdir. Bizim elmimiz İzraylın elmi ilə əməkdaşlıq edərsə müsbət nəticələrə nail olmaq olar. Biz orduya edə biləcəyimiz köməyi elmdə yox başqa yerdə axtarırıq.

- Ölkəmizdə alimə münasibət necədir?

- Qədimdə Şərqdə alimə hörmət yüksək olmuşdu. H.Z Tağıyev vəfat edəndə “məni Molla Abuturabın ayağının altında dəfn edərsiniz”x9d vəsiətini edilmişdir.  Amma bununla bərabər, çox təəsüf ki, müasir dövürdə Pareto prinsipinə uyğun olaraq qüdrətli alimlər yox,  qüdrətsiz alimlər elmdə söz sahibidirlər. Bu  prinsipə görə, dünyada elmi nəticələrin 80 faizini alimlərin 20 faizi, yerdə qalan 20 faiz elmi nəticəni isə alimlərin 80 faizi əldə edirlər. “Pareto prinsipi”x9d həm Qərb, həm də Şərq üçün doğrudur.  
Bir cox qüdrətli alimlərimiz var ki, onları cəmiyyətə tanıtdıra bilməmişik. Emin Tağıyev və  Oktay Hüseynov haqda yuxarıda söhbət getdi. Əli Əmiraslanov SSRİ EA-nın müxbir üzv seçilən (1953) ilk azərbaycanlıdır. Eylaz Babayev elmi kəşf diplomu olan yeganə azərbaycanlıdır. Mən biləni, Azərbaycanın çox minlik elm ordusunda ondan başqa heç kəsin kəşf diplomu yoxdur. Abbas Çayxorski SSRİ miqyasında Kərim Kərimov səviyyəli kimyacı alimdir. Sovet dövlətində atom reaktorlarının tətbiqi Dövlət Komisiyasının sədri olubdu. Onun şəkli təhsil aldığı BDU-nun heç kimya fakültəsində belə yoxdur. Göründüyü kimi talantlı alimlərə sahib çıxa bilməmişik. Gəncləri elmə həvəsləndirmək üçün bu alimləri cəmiyyət tanımalıdır.

- Ölkəmizdə elmə münasibət necədir?                                                                                    

- Elm dövlətimizin himayəsi altındadır. Müasir dövrdə talantlı alimlərə kömək niyyəti ilə 2009 ildə president fərmanı ilə Elmin İnkişafı Fondunun yaradıldı. Çox qiymətli təşəbbüsdür. Təəssüf ki, Fond maliyyəni nəticəyə yox, ideyaya verir. Nəticədə pul yenə alimə yox, kvazi alimə çatır. Hesab edirəm ki, alimin təcrübədən keçməmiş ideyasına yox, bazara çıxartdığı elmi məhsul (nəticə) mükafatlandırılmalıdır. Fondun məqsədlərinin biri də inkişafın, mədəniyyətin yüksək səviyyəsi kimi   elmimizi dünyaya təqdim etmək olmalıdır. Elmi nəticə bəşəri olmalıdır ki, yayılsın.                                                        
Elmə üz tutan gənc tədqiqatçılar və maqistirlər də dövlətin himayəsi altındadır. Bir müddət əvvəl AMEA rəhbərliyi maqistr və dokturantların əsgərliyə getməsini təklif  edəndə mən əks mövqe tutdum və emosial fikir söylədim: “Elmin kranı bağlandı. Elmin suyu ta gəlməz. Elmin taleyi qızlara qaldı. Təhsilin trayektoriyası sındı. Elmimiz çolaq olar”x9d.   Nə yaxşı ki, bu günlərdə  Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanun layihəsi  göndərdi. Bu təşəbbüs cəmiyyət tərəfindən razlıqla qarşılandı və  təhsildə, elmdə kadr hazırlığına böyük zəmin yaradacaqdı. ABŞ prezidenti B.Obama deməli, elmin açarı 40-cı otaqdadır.  Onu əldə etmək üçün 39 otağı açıb keçməlisən. Bunu ancaq bizim gənclər edə bilərlər.  

- Öz elminizdən danışmadıq.

- Mənim elmi fəaliyyətimlə bağlı növbəti dəfə söhbət edərik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO