Moderator.az tanınmış teletənqidçi, filologiya elmləri doktoru professor Qulu Məhərrəmlinin Korrespondent.az saytına müsahibəsini təqdim edir:
”“Qulu müəllim, gəlin akademiyadan, istefanızdan başlayaq. Son iki ildə əməlli-başlı canlanma yaratdığınız Dilçilik institutundan niyə çıxdınız?
”“Əslində, bu canlanma 2013-cü ildə qəbul edilmiş Dövlət Proqramından qaynaqlanır. O vaxt instituta rəhbərlik edən bizim böyük alimimiz Fəxrəddin Veysəlli ölkədə dilçiliyin inkişafı ilə bağlı bu proqramı reallaşdırmağa başlamışdı. Sonra rəhmətlik Tofiq Hacıyev işlərə müəyyən miqyas verdi. 2014-cü ildə məni Monitorinq şöbəsinə də məhz Tofiq müəllim dəvət etmişdi. Biz son iki ildə bəzi işlər görməyə çalışdıq. Davamlı monitorinqlərə başladıq, dövlət qurumları ilə işlədik, küçə adları və reklamların düzgün yazılışı ilə bağlı müəyyən nəzarət mexanizmi hazırladıq. Ən başlıcası, proqramda nəzərdə tutulmuş “qaynar xətt”x9di işə saldıq və s. Amma təxminən bu il yanvarın ortalarından mesajlar gəlməyə başladı ki, mənim institutda işləməyimi istəmirlər. Səbəb kimi onu göstərdilər ki, ötən yay T.Hacıyevi təzyiqlə direktorluqdan uzaqlaşdıranda mən onu niyə müdafiə etmişəm.
”“Bəziləri elə düşünür ki, sizin oranı tərk etməyinizdə AzTV sədri A.Alışanovun barmağı var.
”“Yox, bu dəyirmanda başqa barmaqlar işləyir, buraların öz kəndxudaları var və Dilçilik institutunda onları yaxşı tanıyırlar.
”“Əslində qalıb müqavimət göstərə bilərdiniz”¦
”“Axı mən niyə enerjimi və vaxtımı kimlərəsə müqavimət göstərməyə sərf etməliyəm? Məni bura təkidlə işə dəvət ediblər, gəlmişəm, çalışmışam və müəyyən işlər də görmüşəm. İndi hansısa səlahiyyət sahibi hesab edirsə ki, mən burda işləməli deyiləm, o zaman lüzumsuz dirəniş göstərməyin nə mənası var? Mən bu elm ocağında heç maaşa görə də deyildim. Mən, ana dili üçün səy göstərməyə bir missiya kimi baxıram, vəzifə tutmadan da onun üçün çalışmaq mümkündür. Ona görə də bu iki ildə isinişdiyim kollektivlə əlaqəni üzməyəcəm. “Anadili.az”x9d və “Azleks”x9d elektron lüğətlər toplusunda dil və xüsusən lüğətçiliklə bağlı işləri davam etdirəcəm.
”“Qulu müəllim, özünüz hiss edirsinizmi ki, son bir neçə ayda cəmiyyətdə, xüsusən elm, bilik adamları arasında nüfuzunuz nə qədər artıb, xeyli məşhurlaşmısınız.
”“Kaş məşhurluq üçün başqa səbəb olaydı”¦ Əslində əvvəllər də məni tanıyan müəyyən təbəqə var idi, lakin indi diqqət və maraq xa0bir az da artıb. Sosial şəbəkələrdə yazdıqlarıma reaksiyadan, bir də jurnalistikaya dair kitablarım və lüğətlərimin yaxşı satılmağından bunu aydın hiss edirəm. Həm də ortada qarşı tərəfin daim körüklədiyi bir münaqişə, məhkəmə söhbəti var. Belə epizodlar insanlar üçün həmişə cazibədar olur.
”“Məncə, daha çox AzTV rəhbərinin sizə qarşı apardığı qarayaxma kampaniyası vicdanlı insanların çoxunun sizin tərəfinizdə dayanmasına səbəb oldu.
”“Yəqin ki, elədir. Aşağı keyfiyyətli sayt və qəzetlərdəki cızmaqaralar da, “ifşa”x9d videosu da əxlaqa zidd şou idi. Məhkəmə isə bu davranışın başqa formada davamıdır. Təbii ki, bütün bunlar ağı qaradan seçə bilən insanlarda pis təəssürat yaradır. Digər tərəfdən, bu məsələdə siyasi çalar olmadığından, yaradıcılıq, mənəviyyat və peşəkarlıq söhbətinə görə çox adam dillənir.
”“Sizinlə görüşdən əvvəl mən o “məşhur”x9d müsahibəni bir də oxudum, belə böyük qəzəbə və qisasa səbəb olacaq qeyri-adi heç nə görmədim.
”“Bəlkə sədr olsaydınız siz də başqa cür yanaşardınız (gülür). Bilmirəm, amma mən o müsahibədə TV-nin həyatımızdakı yeri, rolu, təsiri barədə danışmışam, ciddi saydığım nöqsanları və onların bəzi səbəbləri barədə tənqidi mülahizələrimi söyləmişəm. Bəlkə bir az sərt ifadələr işlətmişəm, amma hamının bildiyi həqiqəti demişəm. Görünür, uzun müddətdir asılı adamların təriflərinə, difiramblara alışmış AzTV sədri üçün bu tənqidlər bir az gözlənilməz olub.
”“Hətta o dərəcədə ki, A.Alışanov haqqınızda həm cinayət işi qaldırmağa nail olub, həm də sizdən 100 min manat cərimə istəyir.
”“Məncə, üç saatlıq videoşou da, məhkəmə söhbəti də artıq idi, amma bütün hallarda müsbət cəhət problemin ictimailəşməsi oldu. Bir vəzifə adamının jurnalistə qarşı total hücumu, o cümlədən məhkəmə “uğuru”x9d böyük şücaət deyil. Əsl şücaət TV-nin nöqsanlarını düzəldə bilməkdir. Bilirsiniz, televiziya cəmiyyət üçün çox önəmlidir, səhiyyə və təhsil qədər strateji məsələdir, millətin yaddaşı, sabahı, əxlaqı və mənəviyyatı ilə bağlıdır. Ona görə də bu sahədə bir mütəxəssis olaraq gördüyüm yanlışlıq və təhlükələri deməmək məhkəməyə verilməkdən daha pisdir. Yəni bir vicdan məhkəməsi də var.
”“Bəziləri sizin tənqidinizi şəxsi münasibətlərlə izah etməyə çalışdılar.
”“Belə yanaşma AzTV sədrinin özündən qaynaqlanırdı və ona yarınmaq istəyənlər də bunu qabartmağa çalışdılar. Əslində qarşı tərəf bununla tənqidin effektini azaltmaq istədi. Mənim Alışanovla heç bir şəxsi problemim yoxdur, vaxtilə yaxşı münasibətlərimiz olub, onun sədrliyi dövründə cəmi bir il çalışmışam”¦ Artıq 9 ildir ki, AzTV-dən getmişəm, xeyli müddət bu telekanal barədə danışmamışam. Düzünü deyim ki, hətta o telekanaldan çıxıb Xəzər kimi yeni bir TV-nin formalaşmasında iştirak etməyimdən məmnun da olmuşam. Yəni uzun illərdir bu adamla mənim heç bir ünsiyyətim yoxdur, heç yadıma da düşmür, xoşbəxtlikdən yollarımız da heç harada kəsişmir, amma mənim AzTV-dən və ya onun sədrindən danışmamaq öhdəliyim də yoxdur. Göz qabağında gedən əcaib proseslərə necə susmaq olar? Həm də axı televiziya mənim araşdırma sahəmdir, mən burada gedən prosesləri öyrənib tədqiq edirəm. Ona görə də mənim tənqidimə subyektiv, əsaslı və ya əsassız demək mümkündür, amma ona şəxsi məsələ prizmasından yanaşmaq tam yanlışdır.
”“Belə yanaşmanızdan heç mübarizə havası duyulmur.
”““Mübarizə”x9d bir az geniş anlayışdır və hər hansı niyyəti reallaşdırmaq üçün aparılır. Məsələn, bu dəqiqə AzTV sədri vəzifəsindən və dövlət resurslarından sui-istifadə edərək mənə qarşı mübarizə aparır. Mən isə heç kimə qarşı mübarizə aparmıram. Mən tədqiqatçıyam, işim araşdırmaq, tənqid və təhlil etmək, zərərli meylləri göstərməkdir.
”“Qulu müəllim, səmimi deyin, bilsəydiniz ki, belə rezonans doğurub qalmaqal yaradacaq, o müsahibəni verərdiniz?
”“Adi bir müsahibə elə eybəcər reaksiyadan sonra qalmaqallı oldu. Mən məhkəməni-filanı bir kənara qoyub, sırf insani baxımdan deyirəm ki, adamın bu tənqidləri belə ağrılı qarşılayacağını bilsəydim, bəlkə də həmin müsahibəni verməzdim. Bilirsiz, A.Alışanov hələ sədr olmamışdan da əvvəl müxtəlif qəzetlərdə tənqid olunub, haqqında yüz şey yazılıb, ünvanına çox sərt ittihamlar yağdırılıb. Sədr olandan sonra da on ildir ki, yazırlar. Televiziya elə sahədir ki, rəhbər kim olsa, yenə yazıb tənqid edəcəklər. Ona görə də ən yaxşısı, əvvəla, dürüst çalışmaq, ikincisi də belə tənqidi yazılara dözümlü yanaşmaqdır.
”“Ümumiyyətlə, bizdə məmurlar, vəzifə sahibləri tənqidə sanki çox dözümsüz olublar. Sizcə, bunun səbəbi nədir?
”“Səbəb aydındır, tənqid heç kimə xoş gəlmir. Bəziləri istəyir ki, dövlətin onlara etibar etdiyi vəzifədə nə istəyir eləsin və heç kim də dinməsin. İnsafən, bütün vəzifəli şəxslərin tənqidi nizə ilə qarşıladığını da demək olmaz. Burada çox şey düşüncə və yanaşmadan asılıdır.
”“Belə bir fikir də var ki, sizin daim hədəfdə olmağınızın əsas səbəblərindən biri AzTV sədrliyinə ən real namizədlərdən biri olmağınızdır. Deyilənlərə görə, Alışanov bütün potensial rəqiblərə qarşı belə aqressivdir”¦
”“Məncə, bunlar əsassız söhbətlərdir. Bir az fərqli düşünən və mənliyi olan adamlara zülm edilməsi faktları vəzifə ilə bağlı olmaya bilər. Məsələn, hər kəsdən çox A.Alışanov gözəl bilir ki, mən heç vaxt heç bir vəzifəyə can atmamışam. Bunu mənə müxtəlif dövrlərdə müxtəlif vəzifələr təklif etmiş keçmiş sədrlər də təsdiqləyə bilər. Vəzifə həqiqi yaradıcı adamdan çox enerji alır. Bizim reallıqda adamların çoxu vəzifəyə yalnız dolanışıq vasitəsi kimi baxır. Təbii ki, mənim üçün burada mənəvi itkilərlə razılaşmaq xeyli çətindir.
”“Alışanov niyə AzTV-nin tarixini silməkdə belə qərarlıdır? İllərini televiziyaya həsr edən bir çox ismin adının efirdən çəkilməsini onun yasaqladığı bildirilir. Məsələn, Mailə Muradxanlının, Aydın Qaradağlının”¦ Sizcə, niyə?
”“Bu yanlış tendensiyadır və rəhbərin TV-yə şəxsi mülkiyyəti kimi baxması ilə bağlıdır. Mən teleradiomuzun tarixini işləmişəm, indi də arxivlərdə çalışıram, qovluğumda çoxlu sənədlər yatır. Yəni tarixdə hər kəsin yerini hansısa sədr deyil, konkret xidmətlər müəyyənləşdirir. Mənim kiminsə özündən, yaxud övladından xoşum gəlmədiyi üçün “bu adamın adını çəkməyi qadağan edirəm”x9d deməsi bəsitlik və qisasçılıqdan başqa bir şey deyil. Adını çəkdiyiniz əfsanəvi diktor Aydın Qaradağlının Azərbaycanın səs rəmzi olmasını kimsə danar ki? Yaxud radionun bədii verilişlər sahəsində M.S.Ordubadinin başladığı işi davam etdirərək yeni estetik səviyyəyə qaldırmış, radio və TV tarixinə bir çox parlaq verilişlər bəxş etmiş jurnalist M.Muradxanlının haqqını da heç kim tapdalaya bilməz.
”“Sizcə bu insanı Eldar Mahmudova nə bağlayırdı? Hər il AzTV-də eks-nazirin atası haqqında film çəkilirdi. İndi də yəqin onlar arxivdən silinir”¦
”“Bilirsiniz, kiminsə elmdə xidmətləri olmuş atası haqqında film çəkilməsi qəbahət deyil. Burada problem başqa şeydədir. Kimə hansı vəzifə tapşırılırsa tapşırılsın o, mütləq peşəkar olmalıdır, ikincisi, nəfsinə hakim olmalı və ədaləti qorumalıdır, üçüncüsü də dövlət duyğusunu unutmamalıdır. Vəzifə, hər şeydən əvvəl vətənə, xalqa xidmət və cəmiyyət qarşısında məsuliyyət deməkdir. Təəssüf ki, bizdə müəyyən müddətdən sonra bəzi məmurların bir çoxu bunu unudur, bəsirətləri bağlanır.
”“Sizə qarşı o gülünc kampaniya düzənlənəndə yetərincə sanballı insanlar, bir növ cəmiyyətin qaymaqları müdafiənizdə dayandı. Bu günlərdə isə gənc yazarlar sizə qarşı cinayət təqibinə etiraz etdilər. Bəs, sizcə, niyə bu gərginlik bir şəkildə başa çatdırılmır? Axı, proses davam etdikcə, AzTV də öz sədri ilə bərabər batdıqca batır”¦
”“Mənəvi aşınmanın getdiyi bir vaxtda cəmiyyətdə bu qədər vicdanlı adamın olmasına çox sevinirəm. Məncə, bu məsələdə şəxsiyyətlərin ictimai çəkisi ilə yanaşı, həqiqətin gücü də duyulur. Gərginliyin uzun sürməsinin səbəbi mənimlə bağlı deyil, bu sualınızın cavabı Alışanovluqdur. Hələlik o vəzifəsinin verdiyi imkanlardan, əlaqə, üsul, mövqe, resurs və digər cəlbedici vasitələrdən faydalanaraq məhkəməyə təsir etməyə “tam və qəti qələbə”x9d çalmağa çalışır.
”“Nəsə, bu prosesdə Mətbuat Şurası inadla susur.
”“Bizim kimi cəmiyyətlərdə insanlar, adətən gücün və pulun yanında olur. Amma mənim müsahibəmlə bağlı məsələ o qədər aydın, duru və sadədir ki, manevrlərə ehtiyac qalmır. Bəzi layiqli dostlarımın da təmsil olduğu Mətbuat Şurasında isə vəziyyət belədir ki, burada bəziləri məhkəmə məsələsini ciddi saymır, bir-ikisi birbaşa Alışanovun yanındadır. Məsələyə söz azadlığı prizmasından yanaşan Şura üzvləri isə hadisələrin belə cərəyan etməsindən narahatdır.
”“Müsahibənizlə bağlı linqvistik ekspertiza bitdimi?
”“Məhkəmə materialları Ekspertiza Mərkəzinə göndərib. Onlar isə işə əlavə dilçi mütəxəssislərin cəlb olunması barədə vəsatət veriblər. Qərar üçün ekspertizanın rəyi müəyyən önəm daşıdığı və mənim müsahibəmdə təhqirin olmadığını dəqiq bildiyi üçün A.Alışanov linqvistik təhlilə, məhz sifarişlə mənfi rəy yazan dilçilərin cəlb edilməsinə ciddi cəhdlə çalışır. Təəssüf ki, bu məsələdə Yasamal məhkəməsi də onun istəyinə uyğun addımlar atır. Çox şeylər gizli aparılır. Yəqin ki, AzTV-nin Dilçilik institutunda mütəxəssislərə təsir göstərib, mənim müsahibəmlə bağlı mənfi rəy almaq cəhdindən xəbəriniz var. Alışanovun müavini ilə məhkəmənin bu institutdan mütəxəssis istəmək barədə məktubunun təxminən eyni gündə instituta gəlməsini yalnız ağılsız adamlar təsadüfi saya bilər. Əminəm ki, eyni “əməliyyat”x9d başqa yerlərdə də təkrarlanacaq. Bütün hallarda qərəzli rəy yazan adamlar tapacaqlar.
”“Məhkəmənin sizi məhkum edəcəyinə inanırsız? Axı bu günlərdə diffamasiyaya həsr olunmuş beynəlxalq konfransında prezidentin köməkçisi Ə.Həsənov deyib ki, ölkə rəhbəri hələ 2009-cu ildə 147 və 148-ci maddələrə moratorium qoyub və heç kim bu maddə ilə məhkum olunmur.
”“Əvvəla, məhkəmənin heç bir əsas olmadan bu işi icraata götürməsinin özü absurddur, ikincisi isə, belə məhkəmənin qərarı ilə bağlı hər hansı proqnoz vermək çox təhlükəlidir, hüquqşünasların çoxunun ölkəmiz üçün qara statistika yaradan bu prosesi Avropa məhkəməsi kontekstində perspektivsiz saysa da. Üçüncüsü də Əli müəllim çox dəqiq deyir ki, dövlət başçısı göstərilən maddələrə moratorium qoyub. Sadəcə, burda paradoksallıq ondadır ki, görünür, Yasamal rayon məhkəməsi də, məni məhkəməyə vermiş media qurumunun rəhbəri olan vəzifəli şəxs də bu moratoriumdan xəbərsizdir. Bəlkə də burada hansısa hüquqi boşluqlar var, amma bütün hallarda indi gedən proseslər ortada mənim əleyhimə bir qərəzli ssenarinin olduğunu göstərir.































































































