Moderator.az-ın bu dəfəki həmsöhbəti həyatında sabiq prezident mərhum Əbülfəz Elçibəyin böyük rolu olmuş rəssam Nəvai Məmmədoğlu (METİN) oldu. Rəssam Elçibəylə bağlı xatirələrini bölüşdü, həyatını necə dəyişdirdiyindən danışdı.
Xatırladaq
ki, Nəvai METİN Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyədə yaradılmış
Aktivist Sənətçilər Birliyinin Azərbaycan üzrə rəhbəridir.
- Nəvai bəy, bildiyim qədər bir zaman siz sənətdən
uzaqlaşıbmışsınız. Amma rəhmətlik Əbülfəz Elçibəy sizi yenidən sənətə qaytarıb.
Mümkünsə öncə bu barədə danışardınız?
- Düzdür, bir
ara işlə əlaqədar sənətdən uzaq düşdüm, məni bu sənətə qaytaran Əbülfəz Elçibəy
oldu. O zamanlar, mənim 1988-ci ildə “Şəhriyar”x9d
əsərim hansısa mətbuat orqanında çap olunmuşdu. Elçibəy o rəsmi görüb rəssamı
axtarmışdı, amma tapmamışdı. O vaxtlar mən Rəssamlar İttifaqının üzvü də
deyildim. Bir gün profesor Mürsəl Həkimov
Elçibəyin yanında olub və bəy ondan mənim kimliyimi soruşub. Mürsəl müəllim də
məni yaxşı tanıdığını bildirib. Günlərin birində Mürsəl müəllim dedi ki, bəs bəy
səni görmək istiyir. Düzdür, əvvəlcə inanmadım. Bildirdim ki, bəy hara, mən
hara. Dedi ki, sənin əsərini görüb və səninlə görüşmək istiyir. Yaxşı
yadımdadır, cümə günü idi, Bütöv Azərbaycan Birliyinin (BABA) toplantısı vardı. Toplantıdan qabaq görüşdük.
Məndən soruşdu ki, təzə hansı əsərlərin var. Mən də cavab verdim ki, mən artıq
rəssamlıq etmirəm, şəxsi bizneslə məşğulam. Bəy mənə bildirdi ki, maaddiyyatını
qurmağını çox bəyənirəm və alqışlıyıram. Ancaq o maddiyat mənəviyyatına xidmət
etməldir. Əks təqdirdə mənəviyyatın cılız qalmış olar. O görüş mənim həyatımı dəyişdi
və mən yenidən sənətə qayıtdım. İndi Elçibəyin həmin fəlsəfi sözünü öz övladlarıma nəsihət edirəm. Buna görə də
Elçibəyə bir minnətdarlıq borcum var və həmişə də olacaq.
- Demək ki, həmin görüşə qədər şəxsi tanışlığınız
belə olmamışdı”¦
- Bəli, həmin
görüşümüzə qədər Elçibəylə şəxsi tanışlığım yox idi. Amma 1988-ci ildə azadlıq
hərəkatı başlayanda hərəkata ilk qoşulanlardan biri də mən idim. O zaman biz
institutun sonuncu kurs tələbələriydik və həmin dövrdə gənclik çox fəal idi. Təəssüflər
olsun ki, bu günkü gənclikdə o fəallıq hiss olunmur. Təkcə siyasi baxımdan yox,
elə bütün sahələrdə gənclər passivdir. O vaxtkı gənclər tam başqa idi. Dediyim
kimi, hərəkata qoşulanlardan biri də mən oldum. Bunun bir səbəbi də o idi ki, o
vaxt mən Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin şəirdi idim. Onun
emalatxanasında rəssamlıq sənətinin sirlərini öyrənirdim. Elə bu gün də ustad-şəird
münasibətlərimiz davam edir.
Həmin
görüşümüzə qədər Elçibəylə yaxından tanış olmasam da, ölkədə cərəyan edən bütün
siyasi proseslərdən xəbərim var idi. Onu
da qeyd edim ki, o zaman noyabrın dördündən beşinə keçən gecə camaatı zirehli
maşınlarıa mitinqdən dağıtdılar. Həmin gündən iki-üç gün sonra etiraz əlaməti
olaraq Qarbaçovla Yazovun ağzında qan ləkəsi olan şəkillərini meydana
çıxartmışdım. Mitinqə toplaşanlar məni əlimdəki plakat qarışıq çiyinlərinə
götürüb meydanın düz ortasına aparmışdılar.
Həm də Elçibəyi
şəxsən tanımağa əslində heç lüzum da yox idi. Çünki onun ideyaları, yolu, əqidəsi
ortada idi.
- O görüşdən sonra bir daha görüşə bildinizmi?
- Təəsüf ki,
həyatımı dəyişən həmin görüş Elçibəylə ilk və son görüşümüz oldu. Həmin
görüşümüzdən sonra bir daha Elçibəylə görüşə bilmədim. Çünki həmin görüşümüzdən
hardasa iki ay sonra Əbülfəz bəy xəstələndi və onu Türkiyəyə apardılar. Çox təəssüf
ki, təkarar görüşümüz olmadı.
- Elçibəyi siyasətçi kimi necə dəyərləndirirdiniz?
Elçibəy səmimiliyi
ilə seçilən bir siyasətçi idi. Elçibəy hətta ədalət mücəssəməsi, simvolu idi.
Təbii ki, sənətçi
siyasətdən uzaq olmalıdır, amma vətəndaş olaraq da ölkədə cərəyan edən siyasi
hadisələrdən ən azı xəbərdar olmalıdır. Və həmin hadisələrə öz prizmasından
qiymət verməlidir. O üzdən mən də ölkədə baş verən hadisələri, eləcə də siyasətçilərin
fəaliyyətlərini imkan tapdığım qədər izləmişəm.
Onu deyim ki,
mən bütün siyasətçilərə hörmətlə yanaşıram, hətta Hafiz Hacıyevə belə. Hər
siyasətçinin bir yolu, bir əqidəsi var və hər biri düşünür ki, tutduğu yol
doğrudur və həmin yolla xalqı aydın gələcəyə aparmaq, ağ günə çıxarmaq olar. Heç
vaxt inanmamışam ki, Azərbaycanda yaşayan insan satqınlıq məsədilə hansısa yol
tuta. Məsələn, rusa arxalanmaq satqınlıq demək deyil, rusa arxalanan da inanır
ki, rusla millətin gələcəyini qura bilər və ya qeyrisiylə. Əsas odur ki, onun
arxasıyca gələn nə qədər insan var, əqidəsinə, siyasi yoluna nə qədər inanan
var və məsələ bax bundadır. Bütün liderlərin hər birinin özünün yeri, qiyməti
var. Belə deyək ki, Məmməd Əmin Rəsulzadə olmasaydı Azərbaycan Xalq Cumhuriyyəti
qurulmazdı və bu məlum məsələdir. Əbülfəz Elçibəy azadlıq hərəkatına
qoşulmasaydı, Azərbaycan yenidən müstəqil olmazdı. Düzdür, bəziləri qeyd edir
ki, zatən sovetlər birliyi dağılırdı, Azərbaycanın müstəqil olmağı labüd idi.
Xeyr, qətiyyən elə deyil. Eləydisə, bəs nəyə görə digər Orta Asiya dövlətləri bizim
kimi olmadı?! Azərbaycanda hərəkat var idi, inqlab var idi və bunu heç vaxt
danmaq olmaz. Həmin hərəkatın başında da Elçibəy olmasaydı Azərbaycan müstəqil
olmazdı. Ayaz Mütəllibovun dövründə müstəqillik aktı imzalandı və bu, zorla da,
xoşla da olsa belə onun adıyla bağlıdır. Heydər Əliyev olmasaydı, bəlkə də
bugünkü Azərbaycan heç yox idi. Bəlkə də 1991-ci ildə yenidən qazandığımız müstəqilliyimizin
ömrü M.Rəsulzadənin o zaman qurduğu dövlətin ömrü qədər ola bilərdi. Amma Heydər
Əliyevin sayəsində müstəqilliyimiz qorunub saxlanıldı. Hansı yolla qorunduğunun
fərqi yoxdur, önəmli olan odur ki, biz
müstəqilliyimizi davam etdirə bildik. Bu gün İlham Əliyev də Azərbaycan üçün
danılmaz işlər həyata keçirir. Yəni dediyim kimi, bütün siysətçilərə hörmətlə
yanaşıram.
- Elçibəylə bağlı unutmadığınız hansı xatirələr var
ki, indi danışmaq istərdiniz?
- Əbülfəz bəyin
prezident seçildiyi ərəfədə maraqlı bir hadisə oldu. O vaxt mən Qaraçuxurda
kirayədə qalırdım, səsverməyə getsəm də
qeydiyyatım olmadığına görə səs verməyə icazə vermədilər. Bundan məyus
oldum, ancaq həm də sevindim, çünki komissiya üzvləri saxtakarlığa yol vermədilər,
onların dürüstlüyü məni sevindirdi.
Elçibəylə məlum
görüşümüzün üzərindən haradasa 16-17 il keçir, xeyli müddətdir ki, Bəy yoxdur
aramızda. Bu yaxınlarda, haradsa 5 ay əvvəl təsadüfən bir yaşlı rəssamla
görüşdüm, o rəssam bütün ömrünü Məhəmmədhüseyn Şəhriyara həsr edib. Həmin rəssamla
görüşüb özümü təqdim elədim, üzümə baxdı və təəcüblə soruşdu ki, Nəvaimi?
Dedim, bəli, Nəvai. Qayıdıb dedi ki, Şəhriyar. Təəccüblənlə soruşdum ki, Şəhriyar
kimdir, düzdür, Şəhriyarı çəkmişəm, ancaq indiyədək mənə Şəhriyar deyən
olmayıb. Dedi ki, mən sənə görə Şəhriyarın portretlərini Elçibəyə sevdirə bilmədim, bir portret və ya
illustrasiya çəkirdim, aparıb Bəyə göstərirdim, ancaq O, masanın üzərindən bir
juranal götürüb göstəridi ki, Şəhriyar belə olar. Rəssam bunu danışandan sonra
məsələnin nə yerdə olduğunu anladım. Demək, Elçibəy mənim çəkdiyim Şəhriyarın
portretini həmin rəssama göstərirmiş.
- Bəzi şəxslər var idi ki, sözün allahı Ramiz Rövşən
demiş Elçibəyə daş atmaqla məşğul idilər və elə indinin özündə də var. Elələrinə
münasibətiniz necədir?
- Bəli, Ramiz
Rövşən Elçibəyə həsr etdiyi şeirdə deyirdi ki, daş atan bilirmi nə günah eylər.
Çox təəssüf olsun ki, daş atılıb artıq, əldən çıxıb, hətta bəzisi Elçibəyə dəyib
də. Amma o daş atanların bir çoxu sonradan peşman olub. Biruzə verməsələr belə
indinin özündə də peşmançılıq hissi keçirirlər.
- İndiyədək Elçibəyin neçə portretini çəkmisiniz?
- Əbülfəz
Elçibəyin iki-üç dəfə portretini çəkmişəm. Hətta “Azadlıq aşiqi”x9d adlı portretimə
görə BAB-ın diplomuna da layiq görülmüşəm. Rəssam üçün tutuduğu yoldan asılı
olmayaq hansısa siyasi liderin portretini çəkmək çox normal haldır. Mən indiyədək
bir çox siyasi liderlərin, Məmmədəmin Rəsulzadənin, Atatürkün, Əbülfəz Elçibəyin,
Heydər Əliyevin və s. portretlərini çəkmişəm.
- Elçibəyin qəbirüstü abidəsi o zaman bir mənalı
qarşınalmamışdı. Bəziləri narazılıqlarını bildirirdilər ki, abidə yaxşı işlənməyib.
Bir sənatkar olaraq siz necə düşünürsünzü bu barədə?
- Açığını
deyim ki, qəbirüstü abidə məsələsində çox da bədbin düşünmürəm. Çünki Bəyin fəxri
xiyabandakı abidəsi əzəmətlidir. Düzdür bu barədə bir xeyli söhbətlər oldu və
bu da məncə müəyyən məsələlərlə bağlı idi. Düşünürəm ki, Elçibəyin qəbirüstü
abidəsi normaldır, sadəcə məzarı üçün bir qədər geniş yer ayrıla bilərdi.
- Hansısa rəssamın çəkdiyi Elçibəy portreti varmı
ki, daha çox bəyənəsiniz? Ümumiyyətlə Elçibəyə həsr olunan yaradıcılıq nümunələri
sənətkar kimi sizi qane dirmi?
- Rəssamlarımız
arasında Elçibəyin portretinə müraciət edənlər çoxdur. Ancaq konkret olaraq Məhəmməd
Yüzbaşıyevin adını çəkə bilərəm. İndi Türkiyədə universitetdə dərs deyir.
Düzdür, indi digər rəssamların adı tam ağlıma gəlmədi, ancaq Elçibəyə həsr
olunmuş çox bəyəndiyim şeirlər var. Əslində elə şeir də rəsm kimi əsərdir. Mənimçün
çox doğma olan Akif Səmədin Elçibəyə yazdığı “Əbülfəz Elçibəyin ölümünə bütöv
ağı, yarımçıq şeir”x9d dediyi bir şeiri var. Həmin şeirdən bir bənd deyim, hər ikisinin ruhu şad
olsun.
Bəyim, bu şeiri Şuşaya bayraq
Sancan tamamlar,
Təbrizə qovuşan bitirər,
Quranı bütöv görən
yazar,
Və bir də “babası”x9d Lenin
olmayanlar”¦
Mən isə yarımçıq şeir
yazdım,
”¦ bütöv ağladım”¦.
Rumiyyə MİRASLAN































































































