Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlının mətbutata verdiyi müsahibəni təqdim edirik:
-Niyaməddin bəy, neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkədə yaranan müəyyən çətinlikləri radikal müxalifətin siyasiləşdirərək ondan yararlanmaq cəhdini necə qiymətləndirirsiniz?
-İlk öncə onu qeyd etmək istəyirəm ki, neftin uçuzlaşmasının səbəbi və səbəbkarı Qərbdir. Qərb artıq dünya dövlətlərini nüvə silahı ilə deyil, “dollar silahı”x9d ilə təhdid edir. Son 25 ildir ki, xüsusən də SSRİ dağılandan sonra ABŞ dünyanı birqütüblü idarə edirdi. ABŞ rəsmiləri düşünürdülər ki, SSRİ çökəndən sonra Rusiya yenidən ABŞ-la üz-üzə gələ bilməz. O ki, qaldı dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə bunu məqsədli şəkildə edilən bir kampaniya da adlandırmaq olar. Onlar fikirləşir ki, Rusiya büdcəsinin böyük hissəsini neftdən gələn gəlir olduğuna görə, bu yolla Rusiyanı çökdürə biləcəklər. Bu səbədən də neftdən aslı olan ölkələr, o cümlədən Azərbaycanda da budcənin 70 faizdən çoxu neft gəlirləri ilə dolur. Ona görə də müyyən çətinliklər yaranıb. Bu da təbii prosesdir. Neçə deyərlər, dünyada baş vermiş prosesdən Azərbaycan kənar qala bilməz. Amma buna baxmayaraq bu gün ölkənin sabitliyini pozmağa cəhd edən şəxs kimliyindən aslı olmayaraq bu xalqın düşmənidir. Hesab edirəm ki, indiki vəziyyətdə xalqla hakimiyyətin daha sıx əməkdaşlığı vacibdir. Cənab prezident İlham Əliyevin son müşavirədə etdiyi çıxış insanlarda çox böyük bir ümid yaradıb ki, ölkədə köklü islahatlar aparılacaq və iqtisadi - sosial durum ciddi şəkildə dəyişəcək. Mən çox ümid və arzu edirəm ki, hökumət bu işin öhdəsindən gəlsin və doğrudan da prezidentin qoyduğu tapşırıqlar öz həllini tapsın. Əsas istiqamət bu olmalıdır. Köklü islahatlar ölkənin indiki vəziyyətdən çıxmasına çox böyük kömək edəcək. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, hazırkı situasiyada Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün İlham Əliyevin alternativi yoxdur.
-Hazırkı şəraitdə antiAzərbaycan şəbəkə radikal qüvvələrdən maksimum dərəcədə ölkədə sabitliyi pozmaq üçün yararlana bilərmi?
-Anti Azərbaycan qüvvələr hər zaman maraqldır ki, ölkədə sabitlik pozulsun. Bunlar nəinki radikal siyasi qüvvələri, bütün imkanlarını səfərbər edərlər ki, ölkədə xaos yaransın. Mən çox aktiv sosial şəbəkə istifadəçisiyəm, idarə etdiyim profilin 50 000-ə yaxın izləyiçisi var. İkinci devalvasiyadan sonra ölkənin bir neçə bölgələrində sadə insanlar ərzaq məhsullarının həddindən artıq qalxmasına etiraz etdilər və bu da təbii bir hal idi. Ancaq bu hadisədən kimlər istifadə etmədi? Dərhal bayaq dediyim kimi pusquda duranlar sosial şəbəkə vasitəsi ilə “ölkədə xalq etirazı”x9d kampaniyasını təşkil etdi. Suni şəkildə “ajotaj”x9d yaradıldı. Hətta o qədər sevinirdilər ki, bir neçə il bundan qabaq keçirlilən mitinqi də “bu gün də X rayonda eitraz aksiyası keçirildi”x9d adı ilə cəmiyyətə sırımağa başladılar. Məqsəd o idi ki, insanlarda kütləvi etiraz aksiyasına maraq yaratsın. Ancaq onların bu hiyləsi işə keçmədi. Xalq ona dəstək vermədi. Cəmiyyət yaxşı başa düşür ki, ölkədə sabitliyi qorumalı və ona dəstək olmalıdır. Əks halda, hər kəs və ölkəmiz böyük fəlakətlə üz-üzə qala bilər.
-Həftə sonu ADP qərargahında müxalifət partiyaları bir araya gələrək böhrandan çıxış yollarını müzakirə ediblər. Sizcə, bu düşərgə hansı effektli təkliflərlə çıxış edə bilər?
-Bu gün kimsə yaranmış vəziyyətdən sui-istifadə etmək istəyirsə, onsuz da həmin qüvvələri xalq dəstəkləməyəcək. Ancaq hansisa siyasi təşkilat həqiqətən ölkənin taleyini düşnürsə və bu yönümdə təkliflər verir, çıxışlar edirsə, o qüvvələri də süngü ilə qarşılamaq lazım deyil. Bir daha qeyd etmək istəyirəm ki, kimin nə danışmasından aslı olmayaraq Azərbaycan xalq radikal qüvvələrə dəstək vermir və verməyəcək də.
-Ümumiyyətlə, indiki vəziyyətdə istər siyasi qüvvələr, istərsə də vətəndaş cəmiyyəti hansı mövqeni nümayiş etdirməlidir?
-Hər kəs qəbul etməlidir ki, neftin qiymətinin düşməsi nə üçün baş verir və bu müvəqqəti xarakter daşıyır. Bu prosesləri neftdən aslı olan ölkərin hər biri yaşayır. Onların da budcələrində kifayət qədər azalmalar var. Biz indiki vəziyyətdə ölkənin sabitliyini qorumalıyıq və unutmamalyıq ki, belə bir vəziyyətdə Azərbaycan milli maraqlarını sevməyən qüvvələr ölkəmizin zəifləməsinə çalışacaqlar. Biz, bir cəmiyyət olaraq buna hazır olmalıyıq. Bu ölkə hamımızındır! Ölkəmizi qorumalıyıq
-Bir sıra ölkələrdə də anoloji proseslər, devalvasiya baş verdi. Ancaq orada Azərbaycandakı kiimi ajiotaj yaranmadı. Sizcə, bu ajiotajın yaranmasına nə səbəb oldu?
-Bunun səbəbini yuxarıda qeyd etdim. Dövlətiçiliyimizə düşmən olan qüvvələr bu vəziyyətdən istifadə etmək istəyirlər. Həm də daxildə olan adını çəkdiyim şəxslər vəziyyətdən istifadə edib hakmiyyətə gəlmək arzusu ilə yaşayır.
-Bəs hökumətin həyata keçirdiyi antiböhran tədbirlərini necə dəyərləndirirsiniz?
-Azərbaycanda bir çox sahədə sürətli və təxirə salınmadan özəlləşdirmə həyata keçirilməlidir. Özəlləşmə kommunal sferadan başlamalıdır. "Azəriqaz", "Azərişıq", "Azərsu" kimi qurumlar özəlləşdirməyə çıxarılmalıdır. "Azərbaycan Dəmir Yolları" ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, AZAL, dövlət ali məktəbləri, olimpiya kompleksləri, səhiyyə müəssisələri, avtovağzal kompleksləri və bu kimi dövlət təşkilatlar kütləvi və sürətlə özəlləşdirilməlidir. Xüsusilə Beynəlxalq Bank özəlləşdirilməlidir. Özəlləşmə keyfiyyətin artırılması deməkdir. Məsələn, Beynəlxalq Bank özəl olsaydı, heç kim orada üçüncü sinif şagirdinin belə gəlirliliyinə inanmadığı layihəyə bir milyard vəsait ayırmazdı. Heç kim öz pulunu çölə tökməzdi. İnsanlar şəxsi əmlaka daha həssas və etibarlı yanaşırlar. Təbii ki, özəlləşmə zamanı sui-istifadə hallarına, korrupsiya elementlərinə yol verilməməlidir və prezident bunun üçün xarici mütəxəssislərin də cəlb olunacağını bildirib. Eyni zamanda özəlləşdirmə beynəlxalq şirkətlərin və güclü xarici investorların cəlb olunması hesabına aparılmalıdır. Məsələn, Azərbaycanda dəmir yollarının gəlirli edilməsi üçün milyardlarla investisiya yatırılmalıdır. Etiraf edək ki, illərlə səriştəsiz idarəetmə nəticəsində bu sahəyə düzgün investisiya qoyulmayıb. Dəmir yollarının beynəlxalq standartlara uyğun qurulmasına, sürət qatarlarının alınıb işlədilməsinə ehtiyac var. Bu cür bir infrastruktur qurulması turizmin inkişafına da kömək edər.
































































































