“Adı “MTN işi”x9dndə keçən generalların özü bu rütbədən imtina etməlidir”x9d

“Adı “MTN işi”x9dndə keçən generalların özü bu rütbədən imtina etməlidir”x9d

Hazırda oxunan: “Adı “MTN işi”x9dndə keçən generalların özü bu rütbədən imtina etməlidir”x9d

116163

Mahmud Hacıyev: “Güc orqanlarının uğuru da, uğursuzluğu da kadr siyasətinin düzgünlüyündən asılıdır”x9d

 

Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə müsahibəsində “MTN işi”x9dnin bugünkü durumu, son vəzifədən azadetmələr və proseslərin ümumi gedişatı ilə bağlı məsələləri şərh edib:

 

-Mahmud müəllim, bir müddət bundan öncə qəzetimizə açıqlamanızda Qazax MTN-nin yarıtmaz fəaliyyətindən bəhs etdiniz və bu açıqlamadan qısa müddət sonra bu qurumun rəhbərliyi vəzifədən azad edildi. Sizcə açıqlamanızın bu məsələdə bir rolu oldumu?

 

-Qeyd etdiyiniz kimi, biz bundan əvvəlki müsahibələrimizdə Qazax MTN-nə də toxunmuşduq. Çünki Qazax strateji əhəmiyyət kəsb edən bir rayondur. Biz həmin müsahibələrdə Qazax MTN-nin keçmiş rəisləri haqqında öz subyektiv fikirlərimizi bildirmişdik. Yəqin ki, rəhbərliyin də əlində Qazax MTN-nin bu qurumu nüfuzdan salan fəaliyyəti ilə bağlı müəyyən sübutlar olub. Buna görə də həmin şəxslər vəzifədən azad edilib. Hətta məndə olan məlumata görə, Qazax MTN-də “təcrübə”x9d keçib digər rayoinlara təyinat alanlar da vəzifədən uzaqlaşdırılıb. Qazaxdan çıxıb Muğan zonasına təyin edilən bir şəxs də vəzifədən azad edilib. Ondan əvvəlki rəis də MTN orqanından uzaqlaşdırılıb. Çünki bu şəxslər özlərini polis post-patrulu, hətta ondan da aşağı səviyyədə aparırdılar. Post patrullar onlarla müqayisədə özlərini daha hörmətli aparırdı. Xalqın fəaliyyətini bəyənmədiyi bu şəxslərin rəhbərlik tərəfindən də bu cür qiymətləndirilib MTN-dən uzaqlaşdırılması müsbət haldır. Yaxşı olardı ki, digər rayon təşkilatlarına da əl gəzdirsinlər. Hesab edirəm ki, son vaxtlar aparılan bu işlər ictimaiyyət arasında hörmətdən düşmüş bir quruma yenidən hörmət qazandrmq cəhdidir. MTN generalları bu qurumu cəmiyyətdə həddindən artıq gözdən salmışdılar. MTN insanlar arasında öz nüfuzunu itirmiş bir qurum idi. MTN-ni amorf bir quruma çevirmişdilər. İndi bu amorf quruma tədricən dirildirlər. Elə bil ki, basdırılan bir ölünü yenidən ekskumasiya edib ona nəfəs verirlər.

Doğrudur, bu qurumun əvvəlki hörməti tezliklə qayıda bilməz. Bu, aksiomadır. Amma tədricən, müəyən müddətdən sonra onu əvvəlki nüfuzuna qaldırmaq olar.

 

-Sizcə yerlərdəki MTN, indiki adıyla desək DTX orqanlarının effektiv fəaliyyətinə nail olmaq üçün nə etmək lazımdır?

 

-Bunun üçün yerlərdəki təşkilatlardan əvvəlki qaydada deyil, sözün həqiqi mənasında ciddi hesabat tələb etmək lazımdır. Onlardan soruşmaq lazımdır ki, bu 3-6 ay ərzində və ya bir il müddətində dövlət üçün əhəmiyyət kəsb edən hansı məxfi məlumat əldə etmisən, hansı əməliyyat aparmısan? Yoxsa sərhəddən 5 kilo mandarin keçirən şəxsi çək-çevirə salmaq iş deyil. Hansı ki, Qazax MTN-i uzun müddət bununla məşğul olub.

 

-Necə hesab edirsiniz, MTN-lə bağlı olayların bunca qorxunc, təhlükəli istiqamətdə cərəyan etməsinə, vəziyyətin bu yerə gəlib çatmasına görə daha çox kim məsuliyyət daşıyır?

 

-Bütün orqanlarda proseslərin müsbət və ya mənfi məcrada inkişafına təkan verən şəxs onun başında dayanan şəxs və bir də onun kadr işlərinə baxan müavini və ya baş idrə rəisi olur. Bu şəxslər hansı yol götürürsə, bu qurum da həmin yolu götürür. Pis yol götürürsə tezliklə özünü hörmətdən salır, peşəkarlığını itirir. Yaxşı yol götürürsə, əvvəlki hörmət və peşəkarlığını daha da artırır. Hüquq-mühafizə orqanlarının fəaliyyyətini ən çox iflic edən iki şey var: regionçuluq, bir də rüşvətlə kadr təyinatı. MTN rəhbərliyi heç vaxt kadrların yerdəyişməsini onların peşəkarlığına, dövlətin marağına görə etməyib. Hamıya məlumdur ki, sabiq MTN rəhbəri bütün qohumlarını nazirliyə doldurmuşdu. Bu nepatizmdir. Əgər hər hansı bir güc orqanında kadr siyasəti hətta 70-80% düz qurularsa, bu, onun hörmət və peşəkarlığının artmasına səbəb olacaq. Başqa cür uğur əldə etmək mümkün deyil.

 

-Adı “MTN işi”x9dndə hallanan generalların bu rütbədən hələ də məhrum edilməməsi nə ilə bağlıdır?

 

-Hesab edirəm ki, ölkə rəhbərliyi səviyyəsində bu insanlar general rütbəsindən məhrum edilməlidir. MTN olayları Azərbaycana deyil, hətta ölkəmizdən uzaqlara da o qədər yayıldı ki, artıq həmin şəxslərin general rütbəsi daşıması mənəvi-əxlaqi baxımdan qəbuledilməzdir. Əgər bu şəxslərdə ləyaqət hissi olsa, onlar general rütbəsindən özləri imtina etməlidir. Azərbaycan balaca bir ölkədir. Sabah onlar xeyirdə, şərdə, toyda, yasda ictimaiyyət arasına çıxacaqlar. Mən hələ də anlaya bilmirəm ki, onlar camaatın üzünə necə baxacaqlar. Çünki Azərbaycanda ağsaqqaldan tutmuş yeniyetməyə kimi hamı bu insanlara nifrət edir. Çünki onlaırn əməlləri hər kəsə bəllidir. Ola bilsin ki, rəhbərlik bu insanları tutduğu rütbədən məhrum etsin. Ancaq rəhbərlik etməsə də, özlərində ləyaqət hissi olsa, özləri bundan imtina etməlidir. Çünki onlar tamamilə bu rütbəyə layiq insanlar deyillər.

 

-Sizcə bu gün “MTN işi”x9d ilə bağlı kimin istintaqa cəlb edilməsi istintaqın işinə daha çox töhfə verə bilər?

 

-MTN-də Əli Şəfiyev adında bir nazir müavini var idi. Bu yaxınlarda məlum olub ki, o, MTN nazirinin yaxın qohumu imiş. O, DİN-də mərkəzi aparatdan vaxtiylə qovulub. Sonra isə düzüb-qoşub onu MTN-də əvvəlcə baş idarə rəisi etdilər, sonra isə  general rütbəsi verib nazir müavini qoydular. Məndə olan məlumata görə, istintaqa məlum olmayan elə faktlar, elə hadisələr var ki, onu Əli Şəfiyev bilir. Çünki Ə.Şəfiyevlə E.Mahmudov yaxın qohum olub. Mən Ə.Şəfiyevlə DİN-də bir yerdə işləmişəm. O, xaraktercə cəsarətsiz adamır. Mən bu işi aparan müstəntiqlərə yol göstərmək niyyətində deyiləm. Sadəcə, demək istəyirəm ki, əgər Ə.Şəfiyevi istintaqa çağırıb onu yüngülvari sıxışdırsalar, el məsəlində deyildiyi kimi, açacaq sandığı, tökəcək pambığı. Bu persona həm istintaq, həm də indiki rəhbərlik üçün böyük maraq kəsb edən personadır. Ə.Şəfiyevin bildiyi çox mətləblər var.

 

-Eldar Mahmudovun tabeçiliyindəki yetkililərin bir çoxunun həbs edilməsinə, digər bir qisminin isə vəzifədən uzalaşdırılmasına baxmayaraq, hələ də sabiq MTN naziri həbs edilməyib. Mümkündürmü ki, bu, E.Mahmudovun əlində ali siyasi rəhbəliklə bağlı müəyyən audio və video materialların olması ilə bağlıdır? Hansı ki, E.Mahmudovun ölkə başçısını belə dinlədiyi ilə bağlı iddialar mövcuddur. Ola bilərmi ki, siyasi rəhbərlik E.Mahmudovu həbs edəcəyi təqdirdə bu audio-video faktların internetə sızcağından, bu yolla ictimaiyyiləşəcəyindən ehtiyat edir və buna görə də onu həbs etməyə tələsmir?

 

-MTN-də bəzi şöbə rəislərinin, baş idarə rəsilərinin həbs edilməsinə baxmayaraq, E.Mahmudovun hələ də həbsdə qalması nəinki sadə vətəndşlar, hətta Milli Məclisdəki bəzi aktiv deputatların da təəccübünə səbəb olmaqdadır. O cümlədən, Zahid Orucun bununla bağlı ciddi və konkret çıxışları, açıqlamaları olub. Əgər E.Mahmudovun tabeçiliyindəki şəxslər cinayət tərkibli əməl törədibsə, bu, nazirin göstərişi və təşəbbüsü ilə olub. Sifarişçi, təşəbbüskar, təşkilatçı E.Mahmudovdur.

Bu gün MTN işi ilə bağlı istintaq gedir. Kənardan biz hər hansı fikir yürüdə bilərik. Lakin işin məğzi istintaqdadır. Ola bilsin ki, istintaqın əlində elə məlumatlar var ki, o faktlara görə, E.Mahmudovun indiki halda həbs edilməsi o qədər də zəruri hesab edilmir. Sizin söylədiyiniz fərziyyələr Türkiyə telekanallarında da səsləndirildi. Təbii ki, bütün fərziyyələr fakt ola bilməz. Amma bütün fərziyyələr əməliyyatçılar və istintaqçılar tərəfindən araşdırılır. Yəqin ki, elə bir məqam var ki, bu gün E.Mahmudovun həbsi düzgün hesab edilmir. Məsələ budur ki, E.Mahmudov və komandası əsla bilmirdi ki, bu günə düşə bilərlər. Məndə olan məlumata görə, MTN işi ilə bağlı həbslər baş verməmişdən təxminən 1 ay öncə onların izlənilməsi həyata keçirilib. Inanmıram ki, E.Mahmudovun hansısa qohumu qeyd etdiyiniz hansısa materialla xaricə getsin və sırf bu səbəbdən E.Mahmudovun həbsi gerçəkləşməsin. Zənnimcə bu, o qədər də inandırıcı deyil. Belə məqmlarda gözləmə mövqeyi tutmaq və proseslərin sonrakı inkişafını izləmək lazımdır.

 

-“MTN işi”x9d ilə bağlı ictimaiyyətə mütəmadi surətdə informasiyanın verilməməsi nə dərəcədə doğrudur?

 

-Xarici ölkələrdə işin istintaqını aparan və ya ona rəhbərlik edən qurumun rəhbəri KİV-lə tez-tez əlaqəyə girir. Onlara tez-tez informasiya verir. Azərbaycanda isə buna bir növ arzuedilməz şey kimi baxırlar. Sivil ölkələrdə bu cür informasiyalar verməkdə məqsəd insanlar arasnda çaşqınlıq hallarının yaranmasını qarşısını almaq, ortaya həqiqətdən uzaq fərziyyələrin, iddiaların çıxmasının qarşısını almaq, ictimaiyyətin informasiya tələbatını ödəməkdir. Bizdə isə bu cür hallarda tələsik bir bəyanat verilir və  bu bəyanatdan sonra ölü sükut yaranır. Bu isə çoxsaylı, əsaslı və ya əsassız iddiaların, fərziyyələrin meydana çıxmasına şərait yaradır. Azərbaycanda da bu kimi vəziyyətlərdə ictimaiyyətin çevik və davamlı şəkildə məlumatlandırılması məqsədəuyğun olardı. Nəticədə, şaiyələrə yer qalmazdı.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO