“AXC illərində Akif Çovdarov haqqında çox eşidirdim...”x9d -Tahir Kərimli

“AXC illərində Akif Çovdarov haqqında çox eşidirdim...”x9d -Tahir Kərimli

Hazırda oxunan: “AXC illərində Akif Çovdarov haqqında çox eşidirdim...”x9d -Tahir Kərimli

106706
Ali Məhkəmənin keçmiş sədri (1992-1993-cü illərdə), Vəhdət Partiyasının sədri Tahir Kərimli Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən hadisələr barədə Modern.az saytının suallarını cavablandırıb.


Moderator.az həmin müsahibəni təqdim edir:

- Son zamanlar MTN-nin xeyli yüksək vəzifəli əməkdaş həbs olunub. Bəzi iddialara görə, onlar hətta hakimiyyəti ələ keçirmək istəyən qüvvələr olub. MTN-nin dövlət orqanlarına şaxələnmiş bu şəbəkəsi həqiqətən də belə bir addım ata bilərdilərmi?

- MTN məsələsi çox həssas mövzudur. Belə şeylərdə hakimiyyət özü bir rəsmi açıqlama verməsə, ondan kənarda hər hansı fikir yürüdülməsinin özü milli təhlükəsizliyə zərər vura bilər. Baş Prokurorluğun yaydığı məlumata görə, həbs olunanlar vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər, bir çox qeyri-qanuni əməllərə imza atıblar. Mən yalnız rəsmi açıqlamaları təsdiq edə bilərəm. Hələlik, bir söz deməyə çox çətinlik çəkirəm. Yalnız dövlətin rəsmi rəyindən sonra fikir bildirmək daha düzgündür.

- MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da həbs edildi. Onun hələ AXC hakimiyyəti illərində də özbaşınalıqlar etdiyinə görə işindən qovulduğu bildirilir. Siz o zaman onunla tanış idinizmi?

- Mənim onunla şəxsi tanışlığım olmayıb. Amma mən onun haqqında çox eşidirdim. AXC hakimiyyəti illərində onun haqqında mütəmadi olaraq tənqidlər eşidirdim. Hazırda onun haqqında həbs qətimkan tədbiri seçilib.

- Siz müsahibələrinizdə Ali Məhkəmənin sədri olarkən qanunsuzluqlara qarşı daim mübarizə apardığınızı demisiniz.  Akif Çovdarova qarşı özünüzün hər hansı bir addımı olubmu?

- Məhkəmə orqanları ancaq cinayət işlərinin yekunları ilə tanış olurdu. Ancaq o vaxt  Ali Məhkəmənin sədri və deputat kimi Akif Çovdarovla bağlı nələrsə eşidirdim. Düzünü deyim ki, onunla heç bir tanışlığım olmayıb.

- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də bir neçə əməkdaşı həbs olundu. Onların dəmir barmaqlıqlar arasında yollanmasını “MTN işi”x9d ilə əlaqələndirirlər. Sizcə, onlar MTN-nin adamları idilərmi?

- Mən bu haqda ancaq mətbuatdan oxuyuram. Bundan artığını bilmirəm. Ancaq onu deyim ki, hakimiyyətin bu addımından çox razıyam. Çünki hakimiyyətin korrupsiyaya qarşı mübarizəsi xalqın da maraqlarına xidmət edir. İnanıram təmizləmə əməliyyatı davam edəcək. Mən prezidentin siyasətini dəstəkləyirəm və bundan sonra da dəstəkləyəcəyəm.

- “MTN işi”x9d ilə bağlı çox danışmaq istəmirsiniz. Ona görə də yenə AXC dövrünə qayıdaq. Siz Ali Məhkəmənin sədri olanda hər hansı bir ədliyyə rütbəsi daşıyırdınızmı?

- Mənə o vaxtkı prezident Əbülfəz Elçibəyin təqdimatı ilə Milli Məclis ali dərəcəli hakim rütbəsi vermişdi. O vaxt Konstitusiya Məhkəməsi yox idi, Ali Məhkəmə ən yüksək instansiya sayılırdı. Buna görə də məhkəmə sistemində ən yüksək rütbə məndə idi. Bu da ən yüksək ədliyyə generalına bərabər idi.

- İndi də sizdə ali dərəcəli hakim rütbəsi qalırmı?

- Mənim məlumatıma görə, sonralar ali dərəcəli ixtisas rütbələri ləğv olundu. Hər halda o zaman dövlət bu statusu mənə verib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO