"Mən bütün debatlara, polemikalara hazıram..."

Hazırda oxunan: "Mən bütün debatlara, polemikalara hazıram..."

100260
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, xa028 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyevin müsahibəsini təqdim edirik.

- Eldar müəllim, yenidən parlament seçkilərinə qatılıbsınız və namizədliyinizi 28 saylı Sabunçu ikinci seçki dairəsindən irəli sürübsünüz. xa0Adətən seçicilər yenilik istəyirlər. Sizin yenidən eyni dairədən namizəd olmağınız maraqlıdır.

- Üç çağırış Milli Məclisin deputatı olmuşam. Birinci dəfə 24-ci Seçki dairəsindən seçicilərin etimadını qazanmışam. O zaman Nizami rayonunda yaşayırdım. xa0

Sonra isə iki dəfə 28 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyim irəli sürülüb və rəqiblərə qələbə çalmışam.

-Niyə yenidən burdan mamizədliyimin irəli sürüldüyünü bilmək istədiniz...

Əslim Maştağa qəsəbəsindəndir və Bakı kəndlərində hər kəs bizim ailəni tanıyır.

Uşaqlıq, gənclik illərim Bakı kəndlərində keçib. Bilirsiniz, Maştağa, Nardaran, Bilgəh və Zabrat xa028-ci dairənin ərazisidir. Bu ərazidə əvvəldən insanlar mənim namizədliyimi yüksək coşqu ilə qarşılayıb. Bir daha qeyd edim ki, bu da konkret bizim nəslin bu kəndlərlə sıx bağlılığı ilə əlaqədardır. Hər zaman insanlar üçün yararlı olmağa çalışmışıq.

Seçicilərimin hər biri çox yaxşı bilir ki, mən millət vəkili olsam da, olmasam da həmişə özümü onlardan biri kimi görmüşəm. Hər zaman onların yanında olmuşam. Başqa cür mümkün deyil.

Bunu sözdə deyil, əməlimdə göstərmişəm. Bundan sonra da belə davam edəcək. Buna kimsənin şübhəsi olmasın.

Bir daha qeyd edim, bu dairədən namizədliyimin irəli sürülməsi mənim üçün çox böyük şərəfdir. Seçicilərimin mənə etimad göstərməsindən fəxr hissi duyuram.

Bu günə qədər seçicilərin mənə ünvanlanan müraciətinin 85%-dən çox hissəsini həll etməyə nail olmuşuq. Təbii ki, bu, yalnız mənim gücümlə bağlı olan məsələ deyil, bizim insanlarla olan sıx bağlılığın nəticəsidir. Dövlət qurumlarının bizə olan dəstəyinin nəticəsidir. Şübhəsiz ki, təkcə bu fakt xa0bizə olan etimadı artırır, seçicilər arasında nüfuzu, hörməti qaldırır.

- xa0Əvvəlki seçkiqabağı vəziyyətlə indinin oxşar və fərqli cəhətləri nədən ibarətdir?

- xa0Birinci onu deyim ki, Azərbaycan 10-15 il bundan qabaqkı Azərbaycan deyil. Heç bir il bundan qabaqkı Azərbaycan da deyil. Ölkəmiz günü-gündən inkişaf edir. Quruculuq işləri mütəmadi olaraq həyata keçirilir. İnsanların sosial güzəranı dövlətimizin hər an diqqət xa0mərkəzindədir. Yoxsulluğun səviyyəsi bir rəqəmlidir. Bütün bunlarla bağlı günlərlə danışmaq olar.

Birmənalı olaraq, bu işlər Ümumilli liderimiz Heydər Əliyev siyasətinin bəhrəsidir, onun adı ilə bağlıdır. Bu gün bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev məktəbi keçən Prezidentimizin Azərbaycanı daha gözəl gələcəyə aparacağı kimsədə şübhə doğurmur. Ətraf ölkələrə diqqət edin, sabitlik yalnız Azərbaycanda var. Bunu Azərbaycan vətəndaşı qiymətləndirir. Bilmək lazımdır ki, bu, Prezidentimizin zəhməti bahasına başa gəlir.

Bəli, bu gün Azərbaycan müstəqil, oturuşmuş dövlətdir. Bizə qarşı həm xaricdə, həm daxildə olan qüvvələr bunu görürlər, hiss edirlər, onunla hesablaşırlar.

Bütün bunları qeyd etməkdə məqsədim ölkədə aparılan islahatları, quruculuq işlərini bir daha diqqətə çatdırmaqdır. Və bu inkişaf insanların şəxsi həyatlarında da müsbət mənada mühüm rol oynayır. Problemləri həll olunur. Sözümün canı ondadır ki, indi insanlarımız 5-10 il öncəki problemlərlə yaşamırlar. Bütün məsələlərə diqqət edilir. Ancaq dünyada gedən proseslər, məsələn, ərzaq təhlükəsizliyi məsələsi, maliyyə böhranı bizdən yan keçə bilməz.

- Seçicilərinizin qarşısına hansı şüarla çıxırsınız?

- xa0Mən hər zaman seçicilərin yanındayam. Şüarım gördüyüm və görəcəyim işlərdir. Bu, həm də deputatların vəzifə borcudur. Bəzən mətbu orqanlarda hansısa bir deputatın seçiciləri ilə görüşü barədə xəbərlər yayımlanır. Açığı mən bunu bir az normal qarşılamıram, axı seçicilərlə görüş deputatın işidir, hətta onun həyat tərzi olmalıdır. Mən öz işimi bu şəkildə qurmuşam. Seçicilərlə görüşmək deputatın həm də vəzifə borcudur. Bizim Maştağada deputat qərargahı var. O, həftənin bütün günləri seçicilərin üzünə açıqdır. Mən də hər həftənin altıncı günü orada oluram. Seçicilərlə görüşürəm. Mütəmadi olaraq qəsəbələri gəzirəm. Ağsaqqalarla görüşürəm.

Deputat olduğum müddətdə Bakı kəndlərində kifayət qədər işlər görülüb. Əvvəl mən nəslim ilə tanınırdımsa, indi Bakı kəndlərində ağsaqqal kimi qəbul olunuram. Bütün bunları nəzərə alaraq, mən yenidən 28 saylı Sabunçu seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Seçicilərin mənə olan xüsusi diqqətini və rəğbətini hiss etdim. Və əminəm ki, mənə dəstək olacaqlar. Bəzən belə fikirlər səsləndirilir ki, bir deputat yenidən eyni dairədən namizədliyini irəli sürsə, seçicilər onu dəstəkləməyəcək. Biz tam olaraq bunun əksini gördük. Çünki bu gün mən seçicilərimin qarşısına alnıaçıq, üzüağ çıxa bilirəm.

2005-2010-cu ildəki platformada verdiyim vədlərin hamısını yerinə yetirmişəm. Onu deyə bilərəm ki, indiki seçkidə namizədlər arasında özümə ciddi rəqib görmürəm. Onları açıq debata dəvət edəcəm. Namizədlər burda iştirak edib, sözünü sivil qaydada deməlidir. Bəribaşdan qalib olacaq kəsə uğurlar arzulayıram. Bu seçki marafonu, polemikalar sivil qaydadan kənara çıxmalı deyil. Televiziyadakı debatlar zamanı rəqiblər biri-birini təhqir etməli deyillər.

Mən bütün debatlara, polemikalara hazıram. Rəqiblərə bildirmək istəyirəm ki, kimliyindən asılı olmayaraq alternativi təhqir etmək yolverilməzdir. Bu, xalqımızın mənəviyyatına, adət-ənənələrinə xa0uyğun deyil.

Deputat olduğum vaxtlarda gördüyüm işlər göz önündədir. Təhsil, səhiyyə, abadlıq işləri, kommunal xidmət sahəsində çox böyük işlər görülüb. xa0Düzdür, bu kimi məsələlər birbaşa deputata aid deyil və onların həlli bizim səlahiyyət çərçivəsindən uzaqdır. Bütün bunlara baxmayaraq, biz müvafiq qurumlarla sıx əməkdaşlıq edərək bu məsələlərin öhdəsindən gələ bilmişik.

Hər kəsə məlumdur ki, vaxt var idi su, qaz, işıq Bakı kəndlərinin ən böyük problemlərinə çevrilmişdi. Kommunal xidmətlərin ödənişində ciddi problemlər olurdu. Qrunt suları kənd camaatının evinə axırdı və çox ciddi fəsadlar yaranırdı. Bu məslələr artıq öz həllini tapıb. Maştağada qrunt suları yolları çox pis hala gətirmişdi, bu zaman mən cənab Prezidentə müraciət etdim.

Baş nazirin müavini Abid Şərifov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Sabunçu Rayon İcra Hakimiyyətinin xa0başçısı Adil Vəliyev xa0kimi vəzifəli şəxslər hadisə yerində oldular. Onların yerindəcə müdaxiləsi nəticəsində problem öz həllini tapdı. Bu xa0gün artıq Maştağada drenaj sistem işlək hala gətirlib və problemlər də beləliklə aradan qaldırılıb.

Bundan başqa, Bakı ətrafı kəndlərin kommunukasiya sisteminin yenidən qurulması ilə bağlı Dövlət Proqramı qəbul olunub. Əminəm ki, yaxın illərdə bu məsələlərin icrasına başlanılacaq. Bununla da Bakı kəndləri bütün problemləri geridə qoyacaq.

Tam əminliklə deyə bilərəm ki, Bakı kəndləri 10 il əvvəlki kimi deyil. Məktəblər, mədəniyyət evləri, kitabxanalar təmir olunub. Yeniləri tikilib. Buna görə Təhsil naziri Mikayıl Cabbarova, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür edirəm. Bakı kəndlərinə xüsusi qayğı göstərilir. Maştağa kiçik qəsəbə deyil, burda 80 min insan yaşayır. Burada üç mərtəbəli mədəniyyət evi, kitabxana tikilir. xa0Bu da artıq dövlət səviyyəsində bizim qəsəbəyə olan diqqətin göstəricisidir. SSRİ zamanında Bakı kəndlərində yalnız Maştağada məscid qalmışdı. Bu məscidin 1000 yaşı var və onun yenidən qurulmasında imkanlı şəxslərin köməyilə həyata keçirdik. Burada əlavə olaraq böyük zal insanların təmənnasız istifadəsinə verilib.

Bu gün Maştağada salınan parklar xa0hər kəs xa0üçün əsl xa0istirahət zonasına çevrilib. Sabunçu rayonunda Ümumilli liderin yeganə heykəli Maştağadadır. Bu da Maştağalıların ümummmili liderə olan sevgisindən və hörmətindən irəli gəlir.

Sirr deyil ki, ölkəmizin digər bölgələri ilə müqayisədə Bakı kəndlərində inanclı insanlar daha çoxdur. Bu məsələyə hər zaman həssas yanaşmışıq, edilən müraciətlər əsasında bir çox insanı şəxsi vəsaitimiz hesabına Həcc ziyarətinə göndərmişik.xa0

Təhsillə bağlı məsələlərdə də hər zaman gənclərimizin yanındayam. Son illər təhsillə bağlı monitorinq aparmışıq və çox ciddi irəliləyişlər var. Təsəvvür edin ki, Sabunçu rayonunda bu il ən yüksək bal toplayan Nardarandan olan gəncdir. Əgər Bakı kəndlərində 10-15 il öncə təhsilə maraq aşağı idisə, hazırda bu məslələrdə ciddi irəliləyişlər var. Hazırda xaricdə ali təhsil almaq istəyən gənclərimiz üstünlük təşkil edir. Bu da əlbəttə ki, bizi çox sevindirir. Bu təhsilimizin inkişafı ilə birbaşa bağlı olan məsələdir. Əvvəl dini inanclı insanlar təhsilli olmağın nə demək olduğunu bir o qədər başa düşmək istəmirdilər, buna maraq göstərmirdilər. Artıq təbliğat nəticəsində təhsilin onların gələcəyi üçün nə demək olduğunu aşılamışıq. İslamın özü təhsil deməkdir, təhsilsiz dindar da dünyəvi dindar ola bilməz. Ona görə də artıq Bakı kəndlərində təhsilə çox ciddi maraq oyanıb və bu, sevindirici haldır.

Görülən işlər siyahısında , 1930-cu ildə Maştağada tikilmiş 7 nömrəli xəstəxananın təmir olunması xüsusi qeyd edilməlidir. xa0Xəstəxananın tam təmiri üçün Maliyyə Nazirliyi kömək edəcək.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin tikilməsi nəzərdə tutulur. Bu da onların gələcəkləri üçün çox vacibdir.

Mən gördüyümüz və görəcəyimiz işlərlə bağlı məlumat verdim. Buna görə millət vəkili seçilməyimdə mənə etimad göstərən seçicilərimə minnətdaram. Bu seçki marafonunda mənimlə birlikdə olan, mənə kömək göstərən bütün insanlara təşəkkürümü bildirirəm.

Mən öz adımdan, seçicilər adından səhiyyə naziri Oqtay Şirəliyevə, Milli Onkologiya Mərkəzinin rəhbərliyinə və işçilərinə, Zərifə Əliyeva adına Milli Oftolmolgiya Mərkəzinə, Neftçilər xəstəxanasının rəhbərliyinə, Maştağa 7 saylı poliklinikasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onlar hər zaman bizim müraciətlərə diqqət ediblər və insanlara təmənnasız xidmət göstəriblər.

Bir məsələni qeyd etmək istəyirəm. Bu gün bütün dünyada maliyyə böhranı baş verdiyi halda, bizdə 2016-cı ilin dövlət büdcəsində sosial məsələrlə bağlı heç bir geriləmə yoxdur, pensiyalar, hətta müdafiə xərcləri üçün vəsait çoxalıb. Bu isə o deməkdir ki, Azərbaycan öz insanının firavan və təhlükəsizliyinin təmin etmək üçün hər cür addım atmaq niyyətindədir.

- Seçicilərinizə nə demək istərdiniz?

- Sonda bir daha seçicilərimə yenidən müraciət etmək istəyirəm.

Bu günə qədər verdiyiniz dəstəyin sayəsində hər zaman sizin yanınızda olmuşam və bundan sonrada sizlərləyəm. Buna əmin olun.

Sizi 1 noyabrda keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə çağırıram./modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO