Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin BƏƏ-dən olan həmkarı Məhəmməd bin Zayed Əl Nəhyanın çiynindəki palto ilə bağlı vəziyyəti şərh edib.
Bizim.Media xəbər verir ki, oktyabrın 11-də Sankt-Peterburqda dövlət başçılarının görüşü olub.
Putin görüşdən sonra Sankt-Peterburqun soyuq havasını nəzərə alaraq BƏƏ prezidenti Məhəmməd Əl Nəhyana palto vermişdi.
Jurnalistlər BƏƏ liderinin onu geri qaytarmayacağı təqdirdə Kremlin reaksiyasının nə olacağı ilə bağlı Peskova sual ünvanlayıb.
Peskov isə suala“Bunun problem olacağını düşünmürəm” deyə cavab verib. Qeyd edək ki, Vladimir Putin və Məhəmməd bin Zayed Əl Nəhyan görüş zamanı Ukrayna münaqişəsini, Suriya ətrafındakı vəziyyəti və OPEC+ çərçivəsində işi müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:17 / 12.10.2022
BƏƏ prezidenti Putinin paltosunu qaytarmasa nə olacaq? - Peskov açıqladı - VİDEO
Hazırda oxunan: BƏƏ prezidenti Putinin paltosunu qaytarmasa nə olacaq? - Peskov açıqladı - VİDEO
Hazırda oxunan: BƏƏ prezidenti Putinin paltosunu qaytarmasa nə olacaq? - Peskov açıqladı - VİDEO
98868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.