Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, ötən müddət ərzində 611 vətəndaşa, o cümlədən 58 uşağa 1272 seans psixoloji yardım göstərilib.
Xatırladaq ki, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
09:58 / 12.10.2022
Türkiyəli psixoloqlar 611 vətəndaşa yardım göstərib - VİDEO
Hazırda oxunan: Türkiyəli psixoloqlar 611 vətəndaşa yardım göstərib - VİDEO
Hazırda oxunan: Türkiyəli psixoloqlar 611 vətəndaşa yardım göstərib - VİDEO
98792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.