Putin Sovet İttifaqının dağılmasından danışdı: “Ölkəni məhv etdilər” - VİDEO

Putin Sovet İttifaqının dağılmasından danışdı: “Ölkəni məhv etdilər” - VİDEO

Hazırda oxunan: Putin Sovet İttifaqının dağılmasından danışdı: “Ölkəni məhv etdilər” - VİDEO

96710

Xəbər verdiyimiz kimi, Kremldə “DXR”, “LXR” və Zaporojye və Xerson vilayətlərinin Rusiya ordusunun nəzarətində olan hissələrinin Rusiyaya “daxil olması” mərasimi keçirilir. Vladimir Putin canlı yayımda çıxış edir.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı Rusiya mətbuatı yayıb.

Onun sözlərinə görə, 1991-ci ildə Belovejskaya Puşada SSRİ dağıldı və insanlar birdən öz vətənlərindən qopdular.

Putin qeyd edib ki, Sovet İttifaqının son liderləri xalqı sadəcə olaraq faktın qarşısında qoydular və ölkəni məhv etdilər:

“Bu, birliyimizi parçaladı və milli fəlakətlə nəticələndi”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO