Ərdoğan Ukraynada həbs edilən Putinin dostunun Moskvaya təhvil verildiyini TƏSDİQLƏDİ – VİDEO

Ərdoğan Ukraynada həbs edilən Putinin dostunun Moskvaya təhvil verildiyini TƏSDİQLƏDİ – VİDEO

Hazırda oxunan: Ərdoğan Ukraynada həbs edilən Putinin dostunun Moskvaya təhvil verildiyini TƏSDİQLƏDİ – VİDEO

95466

Putinin Azov batalyonu ilə dəyişdirdiyi şəxs, Viktor Medvedçuk kimdir? 

Aprel ayından bəri Ukrayna tərəfindən həbsdə saxlanılan milyarder yenidən gündəm olub. “Putin əsirlərdən birinin adı üzərində xüsusi durmuşdu" 

Bizim.Media xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri əlavə edib ki, əsir mübadiləsində 200 ad ətrafında qərar verilib: 

“Bu 200 nəfər bizdədir. Bunlar bizim qonaqlarımızdır, Putin onlardan birinin adı üzərində (Viktor Medvedçuk) xüsusi durmuşdu. Onu artıq Rusiyaya göndərdik”.

Məlumat üçün bildirək ki, 67 yaşlı Medvedçukun Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətlərə sahib olduğu məlumdur. “Müxalif platforma - Həyat naminə” partiyasının siyasi şurasının sədri olan Medvedçuk 2000-ci illərin əvvəlində Putinlə necə tanış olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, rəsmi tədbirlərin birində Putin və Medvedçuku bir-birinə təqdim ediblər.

2004-cü ildə Putin ukraynalı siyasətçinin kiçik qızı Dariyanın xaç atası olub.

Medvedçuk ötən ilin may ayından dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olub. 2022-ci ilin fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko siyasətçinin qaçdığını elan edib.

Həmçinin Ukraynada Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, Putinin yaxın dostu aprelin 12-də Ukrayna xüsusi xidmət orqanları tərəfindən saxlanılmışdı.

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO